yemek

Bədəni sakitləşdirən qidalar – SİYAHI

Baxış sayı: 1. 746

Bol tərəvəz və meyvə, süd məhsulları, kartof və kəpək çörəyi yemək stressə qarşı sağlam mübarizənin açarıdır.

Stress yüklü orqanizmə ən çox fayda verən isə maqneziumdur. Maqnezium həssas strukturlara qarşı noradrenalin və adrenalin hormonlarının ifrazını sürətləndirir. Ürək və əzələ gücünə nəzarət edir.

Maqnezium daha çox kəpək məhsulları, fındıq, badam, çəyirdək  və bananda olur. Çox stressli halda isə əczaxanalarda satılan maqnezium inyeksiyalarını ala bilərsiniz.

Beyin hüceyrələri üçün ən əhəmiyyətli elementlərdən biri, beyin, sinir və əzələ hüceyrələrini dərhal enerji ilə dolduran karbohidratdır.

Az qlisemik indeksli qidalar ya da kompleksi karbohidratlar qəbul edin. Taxıl, paxlalılar, tərəvəz yeyin.

Stressli insan beyin hüceyrələrinə zərər verən daha çox radikal ifraz etdiyindən immunitet çox zərər görür. Kökdəki beta karoten, portağaldakı C vitamini, buğda yağında olan E vitamini zərərli radikallara qarşı qoruyucularımızdır.

Fındıq, fıstıq, qoz da atışdırmaq üçün idealdır. Tərkibindəki B vitamini sinirləri gəvşədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir