adamlar

Bədəniniz əslində neçə yaşındadır? – TEST

Baxış sayı: 1. 568

Yaşınızı sadəcə təqvimlə müəyyənləşdirə bilməzsiniz. Çünki yaşadığınız şərait, ətraf mühit təsiri, qidalanma rejiminiz, yuxu saatlarınız, stress və pis vərdişlər bədəninizin daha tez və ya gec yaşlanmasına səbəb olur.

İngiltərəli elm adamları insanın əsl yaşının onun sağlamlığı ilə birbaşa əlaqəli olduğunu düşünürlər. Bu mövzuda araşdırmalara aparan professor Robert Uial insanların bədən yaşını hesablamağın yolunu tapdığını iddia edir. Onun bu məqsədlə hazırladığı test “Daily Mirror” qəzetində yayımlanıb.

“Gencaile.az”  həmin testi təqdim edir. Testi həyata keçirərək siz də öz yaşınızı rahatlıqla hesablaya bilərsiniz.

 

Dərinin elastikliyi

Dəri yaşlandıqca ona elastiklik qazandıran kolajen və elastin maddələrində azalma müşahidə edilir. Əlinizin üzərindəki dərini çimdikləyib dartın və bir dəqiqə bu vəziyyətdə saxlayın. Dərini buraxandan sonra normal halına qayıtması nə qədər çəkir?

Dərhal – 18-20 yaş

1 – 2 saniyə: 30-40 yaş arası

3 – 4 saniyə: 40-50 yaş arası

5 – 10 saniyə: 50-60 yaş arası

11 – 30 saniyə: 60-70 yaş arası

31 – 45 saniyə: 70-80 yaş arası

45 saniyədən çox çəkirsə, deməli 90 yaşındasınız.

Reaksiya

Bədəniniz qocaldıqca xarici təsirlərə daha gec reaksiya verir.

Yazı yazarkən istifadə etdiyiniz əlinizi açın və dostunuzdan əlinizin üzərində 45 santimetrlik bir xətkeş tutmasını xahiş edin. O, xətkeşi buraxanda siz tutun. Xətkeşi harasından tutmağınız sizin reaksiyanızın cəldliyindən və ya yavaşlığından xəbər verir.

14 sm: 20-30 yaş arası

15 – 24 sm: 30-40 yaş arası

25 – 29 sm: 40-50 yaş arası

30 – 35 sm: 50-60 yaş arası

40 sm: 60-70 yaş arası

Zehin

100-dən geriyə yeddi-yeddi sayın. Nə qədər müddətə saya bilirsiniz? Proses 25 saniyədən çox çəkirsə, deməli, zehniniz yaşlıdır.

20 saniyədən daha tez: yaşınız 40-a çatmayıb

25 saniyə: 40 – 60 yaş arası

Nəticədən əmin olmaq üçün daha bir test də edin. Bir dəqiqə ərzində meyvə və tərəvəz adlarını sadalayın. Əgər fasilə vermədən 15 tərəvəz adı sadalaya bilmisinizsə, deməli, zehniniz 60 yaşa yaxınlaşır.

Tarazlıq

Sağ ayağınızı 45 dərəcə əyri halda saxlayarkən, sol ayağınızın üzərində dayanın, əllərinizi isə ombanızın üzərinə qoyun. Gözlərinizi yumun. Sağ ayağınız üzərində tarazlığınızı itirmədən nə qədər dayana bildiyinizə diqqət edin. Bu hərəkəti bir neçə dəqiqə fasilə ilə 3 dəfə təkrarlayın. Üç dəfənin nəticələrini nəzərə alaraq təxmini müddəti hesablayın.

70 saniyədən çox: 20-30 yaş arası

60 – 69 saniyə: 30-40 yaş arası

50 – 59 saniyə: 40-50 yaş arası

40 – 49 saniyə: 50-60 yaş arası

30 – 39 saniyə: 60-70 yaş arası

20 – 29 saniyə: 70-80 yaş

19 saniyədən az: 80-90 yaş arası

Göz bəbəyi

İnsan yaşlandıqca göz bəbəyi kiçilir. Ancaq işıq da göz bəbəyini kiçildə bilər. Ona görə də bu testi çox işıqlı mühitdə etmək olmaz.

Gözbəbəyiniz 4 mm-dirsə, bioloji yaşınız 30; 2 mm-dirsə, 60-dır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir