66

Bənövşəyi meyvə və tərəvəzlərin bilmədiyimiz faydaları

Baxış sayı: 1. 914

Bənövşəyi rəngli qidalar bizə gənclik və gözəllik bəxş edərək yaşlanmağı gecikdirir. Meyvə-tərəvəzlərə mavi-bənövşəyi rəngi verən piqment antosiyanindir. Antosiyaninlər hüceyrələri zədələnməkdən qoruyan güclü bir antioksidantdır. Bənövşəyi rəngli meyvə və tərəvəzlər ürək xəstəliklərinə, iflic, xərçəngə qarşı qorunmada, yaddaşı gücləndirməkdə, yaşlanmağı gecikdirməkdə çox effektlidir. Bu yazımızda isə bənövşəyi rəngli meyvə-tərəvəzlərin bilmədiyiniz faydalarından bəhs edirik.

Əvvəlcə süfrələrimizin əvəzedilməz bənövşəyi rəngli tərəvəzləri xatırlayaq: badımcan, çuğundur, bənövşəyi kələm, qırmızı soğan, qırmızı turp. Bu tərəvəzlərdən dadlı və faydalı salatlar, yeməklər hazırlaya bilərsiniz.

Bu mövsümdə market və bazarlardan asanlıqla tapa biləcəyiniz bənövşəyi rəngli meyvələr: böyürtkən, qara tut, qara qarağat, gavalı, bənövşəyi-qırmızı üzüm, albalı, gilas, qaragilə, tünd moruq. Qara tut və qaragilə bu meyvələrdən daha vacibidir. Meyvələri isə yemək aralarında ya da yeməkdən 1 saat sonra yeməkdə fayda var.

Bənövşəyi rəngli meyvə və təərvəzlər sümüklərin inkişafı, bərkiməsində də vacib rol oynayır. Çünki kalsiumla zəngindir. Həm də bu rəngli meyvə-tərəvəzlər uzun ömürlük simvoludur. Eyni zamanda da, orqanizmdəki hüceyrələri də yeniləyir, bədənimizi toksinlərdən təmizləyir. Çəki atmaq istəsəniz mütləq bu rəngli tərəvəz və meyvələrə müraciət etsəniz faydasını görərsiniz.

İndi isə sizə çox yüngül və asan hazırlanan bir bənövşəyi reseptimiz də var. Sərinləşdirici təsirə malik olan bu resepti yay mövsümündə mütləq yoxlamalısınız.

İçindəkilər

Üzüm – 1 ovuc

Qara tut – 1 st.

Su

Buz qabı və çubuq

Hazırlanması

Üzümləri yaxşıca yuyub, saplaqlarından ayırın. Sonra üzümləri və tutu bir az su ilə blenderdə qatı hala gələnə qədər qarışdırın. Bu üzüm püresini buz qablarına tökün, çubuqları da ortaya yerləşdirin. Buzxanaya qoyun. Donduqdan sonra (3-4 saat) soyuq şəkildə qəbul edə bilərsiniz.

Hazırlanma müddəti: 5 dəqiqə,

Donma müddəti: 3-4 saat,

Bir porsiyanın enerji dəyəri: 35kkal

“foxy.az”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir