kishi

Bəy öz toyunda necə geyinməlidir?

Baxış sayı: 2. 090

Toy və evlilik hazırlıqları deyiləndə ilk ağla gəlinlər və onların bitmək bilməyən hazırlıqları gəlir… Yaxşı, bəs bəylər?

Əvvəllər bəylər toy günü üçün ilk olaraq bəy təraşı edir, sonra da adətən qara olmaq üzrə hər hansı bir rəng dəst paltarı geyinər və asanlıqla bəy olardılar. Amma indi bəylər üçün vəziyyət çox dəyişib. Ən az gəlinlər qədər hazırlanma müddətləri çətin və variantları həddindən artıq çox…

Bəy kostyumu seçməmişdən əvvəl bəy namizədi bədənini yaxşı tanımalı və öz bədəninə ən uyğun kostyum seçməlidir. Lazım olsa bu mövzuda fikirlərinə güvəndiyi yaxınlarından kömək almalıdır. Amma artıq professional markaların mağazalarında da bu tip məsləhət xidmətləri verildiyindən bu seçimi daha asan reallaşdıra bilərsiniz.

Bəy kostyumunun rəngi toy konsepsiyası, gəlinin aksesuarları, gəlinliyi və bəyin bədəninə görə seçilməlidir. Bağlı məkan toylarında daha çox tünd, açıq hava toylarında isə ağ, krem və ya açıq mavi tonlarda kostyumlar seçim edilə bilər.

Bir bəy  pencəyini çıxardıqda belə bəy olduğu ən uzaq məsafədən fərq edilməlidir. Buna görə kostyum ilə birlikdə taxılan aksesuarlar da çox əhəmiyyətlidir.

Qol düymələri, qalstuk,  saat, kəmər, ayaqqabı, saç, hətta corab seçimi belə çox önəmlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir