babasil

Babasil ağrıları zamanı ilk tibbi yardım necə olmalıdır?

Baxış sayı: 2. 066

Babasil bütün dünyada ən çox yayılmış xəstəliklərdən biridir.

Belə hesab olunur ki, dünyada yaşayan 80% insanlarda bu və ya digər formasında babasil var. Təbii ki, babasil mütləq müalicə olunmalıdır. Gecikmiş mərhələlərdə xəstəlik çox ağır fəsadlar verir.

Digər pozulmalarla yanaşı babasil özünü güclü ağrılarla büruzə verir. Belə ağrılar zamanı ilk tibbi yardım məqsədi ilə bu kimi vasitələrdən istifadə etmək olar:

– Xarici babasil zamanı (genişlənmiş damarlar xaricdən bayıra çıxır) ağrılar xüsusi mazların (heparin mazı, Проктозан mazı, Гепатромбин mazı, Relif mazı və s.) köməyi ilə aradan qaldırılır.

Daxili babasil (genişlənmiş damarlar içəridədir) zamanı isə xüsusi şamlardan – Relif, Гепатромбин Г, Aнестезол və s. istifadə etmək olar. Анестезол təzyiqin qalxmasına səbəb ola bilər ki, bu preparatın hipertoniyadan əziyyət çəkən insanların qəbul etməsi tövsiyə edilmir.

– Novokainlə olan şamlar da yaxşı effekt verir. Lakin onların istifadəsində müəyyən məhdudiyyətlər var.

– Babasil ağrıları zamanı soyuq kömək edir. Soyuğun təsirində burada olan qan damarları daralır və ağrı hissi də azalır. Parçaya bükülmüş buz 5 dəqiqə ərzində anal dəliyi nahiyəsinə qoyulmalıdır. Əgər xəstədə olan hər hansı digər pozulmaya görə (sidik-cinsiyyət sistemi iltihabları və s.) buz istifadə edə bilməzsə, bu halda soyuq su ilə olan islatmalardan istifadə oluna bilər – soyuq suda isladılmış parça anal dəliyi nahiyəsinə qoyulur və tez-tez dəyişilir.

– Çömələrək oturmaq vəziyyəti də ağrıların azalmasına kömək edir.

– Hirudoterapiya (zəli ilə müalicə) də babasil zamanı olan güclü ağrıların azalmasına kömək edir. Ağrısızlaşdıran təsirdən əlavə, zəlinin tüpürcəyində tromblaşma proseslərinə mane olan maddələr var. Bu səbəbdən hirudoterapiya babasil zamanı yaxşı müalicəvi təsir edir.

– Əgər heç bir vasitənin köməyi ilə kəskin ağrıdan azad olmaq mümkün olmazsa, xəstəyə novokain blokadası (inyeksiyalar) qoyula bilər. Bunu yalnız həkim edə bilər.

– Palıd qabığı və çobanyastığı dəmləmələri ilə olan oturaq vannaları və ya kiçik klizmaları (50 ml. kiçik klizma istifadə olunur) da çox yaxşı ağrısızlaşdıran təsir edir.

 

İstənilən vasitənin istifadəsindən əvvəl mütləq həkimlə məsləhətləşin.




1 şərh “Babasil ağrıları zamanı ilk tibbi yardım necə olmalıdır?

Aynur üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir