Nezrin Cerullayeva 3

Bacı qardaş qisqanclığı niyə yaranır və onu necə aradan qaldırmaq olar?

Baxış sayı: 524

Övladınız həyatınıza yeni girmiş olan bacı və ya qardaşına onunla sizi paylaşmağa nə qədər hazırdır? Bu yazıda həyatınıza yeni daxil olan körpənin gətirmiş olduğu “bacı qardaş qısqanclığı”nı minimuma endirməyin ipuclarını görəcəksiniz.

Bütün duyğular kimi qısqanclıq da təbii duyğudur. Aiələyə yeni uşağın gəlməsi digər uşağın yaşından aslı olmayaraq onun dünyasını alt-üst edən bir vəziyyətdir. Qəsqanclıqda bacı və qardaşa qarşı hiss edilən aqressiya var. Uşaqla bacı və ya qardaşı arasındakı yaş fərqi nə qədər azdırsa, qısqanclıq da bir o qədər çox olur. Ana ilə güvənli bağın möhkəmləndiyi bir dövrdə 3 yaşından kiçik uşaqlarda ananın marağinin uşaga qarşı azalması nəticəsində bacı və ya qardaşa olan qısqanclıq şiddətli hal ala bilir. Ailəyə qoşulan ikinci uşaqdan fərqli olaraq üçüncü uşağı qəbullanma isə daha asandır. Hər bir uşaq üçün eyni enerjinin sərf edilməsi də validyenlər üçün çətin ola bilər. Buna görə də uşaqlar arasındakı ideal yaşı müyyən etmək yerinə ailənin maddi və mənəvi hazır olması və ilk uşağına doğru şəkildə yanaşması vacibdir. Yoxsa hər yaşda qısqanclıq yaşana bilər.

Qısqanclıq əlamətləri aşağıdakılardan ibarətdir: Yaşından kiçik davranışlar göstərmək, barmaq əmmək, uşaq dilində danışmaq, əmzikdən isitifadə etmək. Anaya aşırı dərəcədə bağlanmaq, bağçaya, məktəbə getmək istəməmək, yatarkən ana ilə birlikdə yatmaq istəmək. Ana ilə bacı və ya qardaşın bir yerdə qalmasını istəməmək.  Aqressiya, əsəb, inadkarlıq göstərmək. Qardaşın, bacının özünə və ya əşyalarına zərər vermək, vurmaq, çimdikləmək, oyuncağını qırmaq kimi. Qardaş, bacısına “kaş olmazdın, ölsəydin, bezdim səndən” kimi mənfi ifadələr işlətmək. Məktəb nailiyyətlərinin aşağı düşməsi, diqqət dağınıqlığı və öyrənmə problemləri yaşamaq. Davranış problemləri: altını islatma, yuxu problemləri kimi. Qardaş və ya bacı yoxmuş kimi davranmaq. Qardaş və ya bacısına aşırı dərəcədə sevi və qayğı göstərmək, onu əzizləyərkən ağlatmaq, qucaqlayarkən incitmək, əlindən yerə salmaq. Psixosomatik problemlər: baş və mədə ağrıları yaşamaq. Ana və ataya onu sevib sevmədiklərini tez-tez soruşmaq.

Uşaqlarda qısqanclıq duyğusunın öhdəsindən gəlmək üçün ediləcəkləri iki hissəyə ayırmaq olar: dogumdan öncə və doğumdan sonra. Burda vacib bir digər məqam isə uşaqların şəxsi xüsusiyyətlərinə diqqət yetirmək, onlaırn bacarıqlarının fərqinə varmaq, bacı (qardaşına) qarşı mənfi davranışları müsbət davranışlarla əvəz etməkdir.

Doğumdan öncə edilənlərə daxildir: İkinci uşaq gəlmədən uşağın istəklərinə sərhəd qoyun. Sərhədləri olan uşaq sevgi və marağı asanlıqla qəbul edə bilər. Ailəyə qatılan yeni uşağın gəlişi ilə bağlı digər uşağa məlumat verin və ola biləcək dəyişikliklər haqqında danışın. Nə qədər vaxtdan sonra bacı (qardaşı) gələcək, cinsiyyəti, otağının harda olacağı  və s. haqqında danışa  bilərsiniz. Ad seçimində onun da fikrini ala bilərsiniz. Bacı və ya qardaşı üçün alış-verişə çıxarkən ona da bənzər şeylər alacağınızı deyin və arada ona da istədiyi şeyləri ala bilərsiniz.

Doğumdan sonra ediləcəklərə daxildir: Doğumdan sonra evdə olan dəyişikliklər böyük uşaqda gərginlik yarada bilər. Uşağı rahatlatmaq üçün bunları soruşa bilərsiniz : Bacı və ya qardaşına toxunmağı əngəlləyib, körpəni aşırı qoruyucu reaksiyalar verməyin.

Uşağa hədiyyə gətirən yaxınların, böyük uşağa da kiçik bir hədiyyə almasını istəyə bilərsiniz. Bunu yaxınlarınızdan istəyə bilmirsinizsə, siz bu işi təşkil edə bilərsiniz. Siz körpə uşaqla maraqlanarkən böyük uşaqdan sevgi və qayğını əskik etməyin. Qısqandığı hallarda uşağın özünü günahkar hiss etməsinə icazə verməyin. Onunla evdə və həyətdə qardaşı və ya bacısı olmadan da vaxt keçirməyə çalışın.

 

 Uşaq və yeniyetmə psixoloqu Nəzrin Cərullayeva

Zəfər Psixoloji Nitq İnkişaf Mərkəzinin psixoloqu

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir