yemeye ne var

Badımcan ləvəngisi belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 440

Ləvəngi Azərbaycan mətbəxinin ən gözəl və fərqli təamlarından sayılır. Qoz ilə soğan və alça turşusu üçlüyü dünyanın heç bir yerində olmayan xüsusi ləzzət yaradır. Lənkəran mətbəxində ləvəngi bir çox fərqli yeməklərdə istifadə olunur. Badımcan ləvəngisi də bu yeməklərdən biridr. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında badımcan ləvəngisinin hazırlanma qaydasını təqdim edəcəyik.

 

Lazım olan ərzaqlar:

1 kq badımcan

250 qr qoz ləpəsi

2 ədəd baş soğan

1 xörək qaşığı alça turşusu

Qızartmaq üçün bitki yağı

duz

istiot

badimcan levengisi

Badımcanların başını kəsib qarnını şəkildəki kimi yarın və içini duzlayıb 1 saat acısını buraxmaq üçün saxlayın. Sonra bir qazanda su qaynadıb badımcanları bir az pörtlədin. Ele edin ki, badımcanlar çox yumşalıb əzilməsin. Qaynatdığınız badımcanları süzmək üçün aşsüzənə yığın. Tam suyunu buraxsın deyə üzərinə ağır bir şey qoyub 1-2 saat gözləyin. Mən qazana su doldurub qoydum, ağır daş və ya başqa əşya da ola bilər. Ləvəngi üçün soğanları soyub ətçəkən maşından keçirib tənziflə acı suyunu sıxın. Qozları da ətçəkən maşında çəkib, alça turşusu, duz, istiot vurub hamısını birlikdə qarışdırın. Badımcanların içini ləvəngi ilə doldurub bitki yağında hər tərəfini qızardın.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir