badimcan murebbesi

Badımcan mürəbbəsini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 064

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə badımcan mürəbbəsinin resepti ilə tanış edəcəyik.

 

Tərkibi:

Badımcan 1 kiloqram, şəkər tozu 1.200 qram, su 600 ml, 1 limon və ya suyu, 2-3 ədəd mixək (gərənfil) və ya hil duz, çay sodası

 

Hazırlanma qaydası:

Badımcanları yuyub, soyur, 20-25 dəqiqə duzlu suda saxlayırıq. Sonra təmiz su ilə yuyub sodalı suya qoyuruq. 2 saat saxlayıb, sonra yenidən təmiz su ilə yuyuruq. Qazana qaynar su və badımcanları əlavə edib 5 dəqiqə qaynadırıq. Sonra həmin suyu töküb, hər kiloya 3 stəkan olmaqla təmiz su və mürəbbə üçün nəzərdə tutduğumuz şəkər tozunun yarısını əlavə edib badımcanları bişirməyə başlayırıq.

Badımcanları şərbətin içində yarım saat bişirib götürürük. Daha sonra ədviyyatı və şəkər tozunun qalanını töküb kənarda saxlayırıq və yenidən bişiririk. Badımcanlar şəffafdırsa suyunu boşqaba tökürük, əgər axmırsa deməli mürəbbə artıq hazırdır.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir