TOYUQ

Badımcanlı toyuq çığırtması necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 985

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə tərəvəzli badımcanlı toyuq çığırtmasının hazırlanma qaydasını təqdim edirik.

 

İçindəkilər

Toyuq – 1 ədəd

Soğan – 3 ədəd

Pomidor – 3 ədəd

Bolqar bibəri – 1 ədəd

Badımcan – 6 ədəd

Kərə yağı

Keşniş

Duz, istiot

 

Hazırlanması

Parçalara bölünmüş toyuq əti, halqavari doğranmış soğan, bolqar bibəri, qabığı soyulmuş və sürtgəcdən keçirilmiş pomidor yağda qovrulur. Badımcanın qabığı soyulur, doğranır, çığırtamaya əlavə edilir, duz, istiot səpilir. Yağa düşənə qədər bişirilir. Süfrəyə veriləndə üzərinə xırda doğranmış keşniş əlavə edə bilərsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir