avtomobil

Bahalı, qüsurlu və təhlükəli – Avtomobil həvəskarları oxusun!

Baxış sayı: 1. 426

İtaliyanin lüks avtomobil istehsalçısı “Maserati” şirkəti Çindən 20 min 842 avtomobilini geri çağırır.

Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına əsasən, 2013-cü ilin martından 2015-ci ilin dekabrınadək istehsal edilmiş avtomobillər, o cümlədən, “Quattroporte” və “Ghibli” modelləri dizayn qüsurlarına görə geri çağırılır.

Şirkətin mütəxəssisləri belə qənaətə gəliblər ki, qaz pedalının üzərindəki örtüyün çürümə ehtimalının yüksək olması avtomobilin hərəkəti zamanı qəza riskini artırır.

Avtomobillərdəki qüsur istehsalçı şirkətin hesabına aradan qaldırılacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir