GEYIM

Baharın 3 əsas trend rəngi hansı olacaq?

Baxış sayı: 1. 229

Yazın gəlişi bu mövsüm hansı rənglər dəbdə olacaq sualı ətrafında düşünənlərinin sayının artmasına səbəb olur.  Bəs görəsən, baharın 3 əsas trend rəngi hansı olacaq? “Pantone Rəng İnstitutu” apardığı tədqiqatlar nəticəsində mövsümün əsas rənglərini açıqlayıb. “MakerSights” şirkəti dizaynerlərin bizə diktə etdiyi rəng çeşidləri arasında hansının daha çox satıldığını müəyyən etmək üçün sorğu keçirib. Onlar 1000 nəfərdən “Pantone” paletindəki hansı rəngləri bəyəndiyi soruşub.

Yeni hesabata görə, mütləq seçilmişlərə parlaq göy, donuq qırmızı və bozumtul lavanda çaları daxil edilib. “MakerSights” şirkəti bildirib ki, respondentlər arasında yaş, ərazi və stil fərqlərinə baxmayaraq, cavablar oxşar olub. İştirakçıların yekdilliklə eyni rəngləri seçməsi təəccüb doğurub. Sorğu iştirakçılarına parlaq göy, donuq qırmızı və bozumtul lavanda həqiqətən cazibədar görünüb. Odur ki, bu üç rəngin populyarlığından əmin ola bilərsiniz.

Amma Pantone hesabatlarının və podiumların ən populyar rəngi – mərcan isə sorğuda beşinci yeri tutub.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir