hadisə

Bakıda dəhşətli “Titanik” romantikası: sevgililər boğulurdular

Baxış sayı: 1. 865

Dünən iki gənc bulvar ərazisində gəmiyə minərək gəzintiyə çıxıb. Dənizin içərisində gəmi sürətlə gedən zaman gənc qız gəminin uc hissəsində sevgilisinə romantik pozalar verib. “Titanik” filmindəki kimi, “Roza”nın hərəkətlərini təkrar edən zaman ayağı sürüşüb. Lakin oğlan “Cek” kimi cəld tərpənə bilməyib və qız dənizə yıxılıb.

Səbail Rayon Polis İdarəsindən “milli.az”a bildirilib ki, boğulan sevgilisini xilas etmək istəyən oğlan da onun ardınca suya atılıb. Lakin gənclərin güclü sevgisi dəniz suları qarşısında aciz qalıb. Suda boğulmaq üzrə olan sevgililərin harayına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri gəliblər. Ağır vəziyətdə sudan çıxarılan gənclər özlərinin yox, həkimlərin ixtiyarına verilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir