MASİN

Bakıda hansı avtomobillər daha çox sevilir? – SORĞU

Baxış sayı: 1. 252

Avtomobil almaq əksər insanların, xüsusilə də  meqapolis sakinlərinin ən böyük arzusudur. Kimisi illərlə vəsait yığaraq, kimisi kredit yolu ilə avtomobil sahibi olmaq arzusunu gerçəkləşdirir. Bəs, Bakı sakinləri hansı avtomobil brendlərini  bəyənir?

“Gencaile.az”-ın məlumatına görə, “ACT Azərbaycan”  şirkəti Bakı şəhərində sorğu aparıb.

Sorğunun nəticələrinə əsasən paytaxt sakinləri daha çox alman maşınlarına üstünlük verir. Hər on respondentdən təqribən beşdə biri (18 %) “Mercedes-Benz” markasını bəyənir. Digər alman avtomobili BMW sevərlər nisbətən azlıq təşkil edirlər (10 %). Üçüncü pillədə Cənubi Koreya istehsalı  “Hyundai” və Rusiya istehsalı “Lada” qərarlaşıb ( hər biri  4 %).  “Porsche”, “Range Rover”, “Lexus” və “Kia” sevərlər nisbətən azdır (hər biri 3 %). Sovet nostalgiyası çəkənlərin sevimliləri isə Zaparoje və Volqadır (hər biri 1 %). Əksəriyyət ümumiyyətlə sevimli avtomobilini seçməkdə çətinlik çəkir (31 %).

Bakı əhlinin böyük əksəriyyəti avtomobilin qara rəngdə olmasını tərcih edir (31 %). Respondentlərin dörddə biri isə ağ rəngdə olan avtomobilləri daha çox bəyənir  (26 %). Metal və göy rəngli avtomobilləri bəyənənlər nisbətən azdır (hər biri 5 %). Fərqlilik sevənlər də az deyil. Belə ki, 4 % respondent qırmızı rəngi avtomobilə çox yaraşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir