bal ayi

Bal ayına gedərkən makiyaj çantanızda nələr olmalıdır?

Baxış sayı: 1. 706

Bal ayına gedərkən özünüzlə götürməli olduğunuz kosmetik vasitələri qeyd etdik. Getməzdən öncə bir siyahı yaratmağınızda fayda var. Biz qadınlar bal ayı üçün olsa da, olmasa da, yol çantası hazırlayarkən çox vaxt sərf edirik. Adətən özümüzlə nələr götürəcəyimizə qərar verməyimiz çox da asan olmadığından yol çantamızı hazırlamağımız xeyli vaxtımızı alır. Yol çantası bir qırağa, özümüzlə götürəcəyimiz gözəllik və makiyaj məhsullarına qərar verməyimiz belə uzun çəkir və hətta saatlarımızı alır. Nağıl kimi keçəcək bal ayından öncə vaxtınızı boş yerə sərf etməməyiniz üçün makiyaj çantanızda nələr olmalıdırsa, onları yazdıq. Əlinizə kağızı və qələmi alın, siyahını bir kənara qeyd edin.

 

Günəş kremi

Bal ayınızı dəniz kənarında bir yerdə keçirəcəksinizsə, özünüzlə günəşdən qoruyucu krem götürməyi unutmayın. Bütün tətil boyu qızartılı bir dəri ilə gəzmək istəməzsiniz.

Şampun – saç kremi

Gedəcəyiniz oteldə əlbəttə şampun və saç kremi olacaq, ancaq siz markası və tərkibi məlum olmayan məhsullarla saçlarınızın qulluğunu risqə atmayın.

Artıq bütün marketlərdə tapa biləcəyiniz kiçik boy saç kremi və şampunlardan alın və özünüzlə götürün.

Ətir

Hər gün istifadə etdiyiniz ətirinizi götürməyi yaddan çıxarmayacağınıza əminik. Amma hər ehtimala qarşı onu da siyahıya əlavə etməkdə fayda var.

Daraq

Saçlarınızı daramadan bütün bal ayını keçirməyiniz mümkünsüzdür. Bu səbəbdən də çantanıza ilk qoymalı olduğunuz şeylərdən biri darağınızdır. Əks təqdirdə getdiyiniz yerdə daraq satılan bir yer axtarmalı olacaqsınız.

Aseton – lak

Gedəcəyiniz tətil bir neçə gündən uzun çəkəcəksə, lakınız mütləq yenilənməyə ehtiyac duyacaq. Bunun üçün bir az pambıq və asetonun yanına neytral tonlarda lak da qoymağı unutmayın.

Nəmləndirici krem

Siz tətilə gedirsiniz deyə dəriniz də tətilə getməyəcək. O hər zaman olduğu kimi yenə nəmləndirilməyə ehtiyac duyacaq. Bu səbəbdən də nəmləndirici kreminizi çantaya qoymağı unutmayın. Ənlik

Ənlik

Tətiliniz dəniz kənarında olacaqsa, dəriniz bir neçə gün ərzində azacıq tündləşəcək. Misal üçün, axşam yeməyinə gedərkən siz yanaqlarınıza yüngülcə ənlik vura bilərsiniz.

Tuş

Günəşdən yanmış dəriniz çox makiyaja ehtiyac duymaya bilər. Üstəlik bu ən gözəl günlərinizdə həyat yoldaşınız sizi qat-qat makiyajla deyil, təbii halınızla görməkdən daha çox zövq alacaqdır. Buna görə də, sadəcə tuşla kirpiklərinizə həcm verməklə kifayətlənə bilərsiniz.

Maqqaş

Qaşlar sözə qulaq asmaya bilər. Buna görə ehtiyac yarandıqda onlara səliqə verə bilmək üçün maqqaşınızı özünüzlə götürün. Dodaq boyası Açıq tonlarda bir dodaq boyası gecə yemək yeməyə gedərkən çantanıza atacağınız kiçik bir əşya ola bilər.

Dodaq boyası

Açıq tonlarda bir dodaq boyası gecə yemək yeməyə gedərkən çantanıza atacağınız kiçik bir əşya ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir