Balliq

Balıq çığırtması necə hazırlanır? – RESEPT

Baxış sayı: 159

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu dəfə balıq çığırtmasının hazırlanma qaydasını təqdim edəcəyik.

 

“Balıq çığırtması” üçün lazım olan ərzaqlar: 1-2 kq balıq əti, 0,5 kq pomidor və ya 1 xörək qaşığı tomat pastası, 100 qram qarğıdalı yağı, 1-2 baş quru soğan, keşniş, şüyüd, zövqə görə düz, istiot.

 

Yeməyin hazırlanma qaydası: Təmizlənmiş balığı böyük hissələrə ( 50-100 qramlıq) doğranılır, duz və istiot vurulub tavaya düzülür, qarğıdalı yağı əlavə edilir. Balıqlar lay-lay tavaya düzülür. Layların arasına, çoxlu doğranmış soğan, keşniş, şüyüd qoyulur. Sonra lap üstdən doğranmış pomidor düzülür və ya tomat pastası əlavə edilir.

Yemək vam odda 20-25 dəqiqə ağzı bağlı tavada bişirilir. Süfrəyə də elə tavada qoyulur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir