baliq levengisi

Balıq ləvəngisi necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 301

“Gencaile.az” saytının ənənəvi olaraq hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu dəfə daha çox ölkəmizin cənub bölgəsinin yeməyi kimi xarakterizə olunan balıq ləvəngisinin necə hazırlanmasından bəhs edəcəyik.

 

Balıq ləvəngisi üçün lazım olan ərqazlar:

1 kiloqramdam çox çəkisi olan bir xəşəm və ya kütüm balığı, 300 qram qoz ləpəsi, 100 qram soğan, 2 çay qaşığı nar ya da alça turşusu, dus, istiot, sumax.

 

Yeməyin bişirilmə qaydası:

Balıq yuyulub təmizləndikdən sonra onun üzərində bıçaqla 2-3 dəlik açılır. Balığa duz-istiot vurulur. Ləvənginin içliyini hazırlamaq üçün qoz ləpəsi ət maşınında çəkilir. Ayrılıqda soğan da ət maşınından çəkilir və 4-5 qat tənzifdən istifadə etməklə suyu sıxılır. Qoz, soğan, turşu, duz, istiot, sumax bir yerdə qarışdırılır. Balığın qarın hissəsi içliklə doldurulduqdan sonra iynə-sapla tikilir. Balığın üzərinə turşu çəkilir. Ləvəngi 140-180 dərəcə istiliyi olan sobada 30-40 dəqiqə ərzində bişililir.

Ləvəngi bişdikdən sonra iri bir boşqaba yerləşdirilir, limon və cəfəri ilə bəzədildikdən sonra süfrəyə verilir.

 

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir