Balıq yağı insan ağlına necə təsir edir?

Baxış sayı: 1. 654

Balıq yağı istifadə edənlərin şizofreniyaya tutulma riski daha azdır. Bunu avstraliyalı alimlər apardıqları tədqiqatlardan sonra üzə çıxarıblar.

Melburn Universitetinin elm adamlarının araşdırmaları nəticəsində 3 ay müddətində tərkibində “Omeqa-3” olan balıq yağı istifadə edənlərdə şizofreniya əlamətlərinin daha az olduğu məlum olub. Alimlər 13-25 yaşlarında olan və şizofreniyanın ilk əlamətlərinə rast gəlinən pasiyentlərə 3 ay müddətində balıq yağı veriblər. Digər pasiyentlər isə tərkibində faktor maddə olmayan həblər (plasebo) istifadə ediblər. Bir il sonra balıq yağı istifadə edənlərin 10 faizinə, plasebo qəbul edənlərin isə 40 faizinə şizofreniya diaqnozu qoyulub.

Lakin alimlər araşdırmaların miqyasının kiçik olduğunu və bu nəticələrin başqa araşdırmalarla öz təsdiqini tapmasının vacibliyini bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir