BALIQCI PLOVU

“Balıqçılar” plovu necə hazırlanır? – RESEPT

Baxış sayı: 1. 305

Mətbəximizdə yeməklərin şahı olan plovu demək olar ki, sevməyən yoxdur. Milli mətbəxdən olan cürəbəcür plovlar həmişə stolumuzun bəzəyi olur. “Gencaile.az” saytının “Yeməyə nə var” rubrikasında bu dəfə  fərqli bir plov reseptini təqdim edirik.

 

Ərzaqlar

Qızıl balıq – 500 qram

Düyü – 300 qram

Nar – 2 ədəd

Bitki yağı – 100 qram

Kərə yağı – 100 qram

Sarıkök, duz, istiot zövqə görə.

 

Hazırlanması 

Balıq yuyulur, tikələrə bölünüb üzərinə duz, istiot səpilərək bitki yağında qızardılır. Üzərinə nar dənələri əlavə edilib 2 dəqiqə sonra odun üzərindən götürülür. Düyü ənənəvi qaydada duzlu suda bişirilib süzülür. Qazanın dibinə düyüdən bir hissə tökülür, sarıkök səpilir, üzərindən nar-balıq qarışımı yığılır, düyünün qalan hissəsi ilə örtülüb 40 dəqiqə dəmə qoyulur.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir