menzil

Bank vasitəsilə sosial ev almaq istəyənlər – DİQQƏT

Baxış sayı: 917

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşların ilkin razılıq qərarının alınması üçün müraciətlərinin qəbulu uğurla davam etdirilir.

Bu barədə MİDA-dan verilən  məlumatda bildirilir ki, 11 iyun 2019-cu il tarixindən etibarən başlanan müraciətlərin qəbulu agent banklar tərəfindən həyata keçirilir.

 

Beləliklə, ötən 12 bank iş günü ərzində 354 vətəndaş ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etmiş, həmin şəxslərdən 160 nəfəri ilkin razılıq qərarını əldə edərək elektron kabinetlərində yerləşdirilməsini təmin etmişdir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişikliklərə uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən vətəndaşlar ilkin razılıq qərarını əldə etməli və “Güzəştli mənzil” sistemindəki elektron kabinetlərində yerləşdirilməsini təmin etməlidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir