dddwwwdddww_286776

Baş ağrısını kəsmək üçün 5 TƏBİİ VASİTƏ

Baxış sayı: 2. 267

Başağrısı və yaddaş zəifliyinin əsas səbəbi beynin qan damarlarının tıxanmasıdır.

Orqanizmin bütün toxumaları kimi, beyin də daim təmizlənməyə ehtiyac duyur. Duz, yağ və toksin artıqları damarlarda yığılaraq aterosklerotik qatlar əmələ gətirir. Damarları artıq xolesterindən və digər zərərli qalıntılardan təbii yolla təmizləmək mümkündür, bunun üçün sadəcə qida rasionuna müəyyən məhsulların əlavə edilməsi kifayətdir. Elastik və cavan damarlar beynin sağlam şəkildə qanla təmin olunmasını və fasiləsiz fəaliyyətini təmin edir.

Beləliklə, istənilən yaşda sağlam və aydın düşünməyə yardım edəcək məhsullarla tanış olun. Bu məhsullar əsasən daim başağrısından əziyyət çəkənlər üçün faydalıdır.

1. Balla qoz

Qozu blenderdə xırdalayın və ət maşınından keçirin. Bal əlavə edin. Alınan kütlə kifayət qədər qatı olmalıdır. Zövqə görə biraz darçın və zəncəfil də əlavə edə bilərsiniz. Müalicəvi qarışımı soyuducuda saxlayın, gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı yeyin. Qoz görünüşünə görə də beyni xatırladır və onun tərkibindəki maddələr beynin yetərincə qayğısına qalır.

2. Balla soğan suyu

1 stəkan bala 1/3 stəkan soğan suyu əlavə edin. Alınan qarışımı soyuducuda saxlayın. Gündə 3 dəfə 1 çay qaşığı qəbul edin. Bu qarışım damarların təmizlənməsindən əlavə immunitetin yüksəlməsini də təmin edir.

3. Nar, alma və kök şirəsi

Şirə alınma şirə olmamalıdır, ev şəraitində özünüz hazırlayın. Bu meyvələrdən hazırlanan şirə olduqca effektiv şəkildə damarları təmizləyir. Hər gün yeməkdən əvvəl yarım stəkan, daha yaxşı nəticə üçün isə gündə bir neçə dəfə için.

4. Ayı pəncəsi cövhəri

Ayı pəncəsi bitkisi ilə müalicə kursu 1 ay davam edir. Ayı pəncəsinin kökünü qurudun. 10 qr quru kökün üzərinə qaynar su tökün və termosda 10 saat ərzində dəm almağa qoyun. Süzgəcdən keçirin və soyuducuda saxlayın. Səhər yeməyindən yarım saat əvvəl 4 xörək qaşığı için. Ayı pəncəsi kökü həmçinin həzm sistemi üçün də faydalıdır.

5. Quru meyvələr və naringi

Bütünlükdə sağlamlığı bərpa edəcək və damarların təmizlənməsinə yardımçı olacaq. Hər gün səhər yeməyindən yarım saat əvvəl 1 naringi, bir ovuc kişmiş və bir neçə qoz yeyin. 15 dəqiqədən mütləq 1 stəkan limonlu su için, bundan 15 dəqiqə keçdikdən sonra səhər yeməyini yeyə bilərsiniz.

Bu üsullardan hətta birini belə tətbiq etsəniz, dərhal yaxşılaşmanı hiss edəcəksiniz. Yaddaşınız güclənəcək, yorğunluq aradan qalxacaq, başağrılarınız azalacaq. Beynin normal fəaliyyəti təbii yolla bərpa olunacaq və  effekti də uzun müddət qalacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir