USAQ

Baş mama-ginekoloq: “Azərbaycanda hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur”

Baxış sayı: 1. 438

“Azərbaycanda hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur”.

Bunu jurnalistlərə açıqlamasında respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, ölkədə il ərzində 2-3 min doğuş gerçəkləşirsə, onlardan 10%-i vaxtından əvvəl doğuşun payına düşür: “İl ərzində 200-ə yaxın uşaq vaxtından əvvəl doğulur”.

Baş mama-ginekoloq bildirib ki, erkən doğuşların səbəbləri müxtəlifdir: “Birinci səbəb atenatal dövrdən başlayır, yəni düzgün nəzarət olunmayanda hamiləlik erkən sonlana bilər. İkinci səbəb isə hamiləlikdən əvvəl qadının sağlamlığında olan problemlərlə bağlıdır. Üçüncü qrup səbəblər isə hamiləlik vaxtı meydana gələn müəyyən problemlərdir. Bu da hamiləliyin vaxtından əvvəl sonlanmasına gətirib çıxarır. Vaxtından əvvəl yaşanan doğuşlar ana və uşaq ölümlərinə səbəb ola bilir. Bu da hamiləlikdən öncə olan hazırlıqdan asılıdır və hamiləliyin ilk günündən həkim nəzarətində olan hamiləliklərdə ana və uşaq ölümlərinə az rastlanır. Son illər Azərbaycanda yüksək texnologiyadan istifadə, süni mayalanma mərkəzlərinin meydana gəlməsi, irsi xəstəliklərin tez bir zamanda aşkarlanması iləəlaqədar diaqnostika yaxşılaşdığından erkən doğuş hallarının qeydiyyatı tam əhatə olunur”.

S.Məmmədova qeyd edib ki, uşağı vaxtından əvvəl doğulan analar körpələrinin sağlamlıqlarına daim nəzarət etməli, peyvəndlərini vaxtlı-vaxtında vurdurmalı, ildə bir dəfə mütləq şəkildə dispanzerizasiyadan, dövrü müayinələrdən keçməli, hər hansı bir xəstəliyə səhlənkar yanaşmamalıdırlar: “Onlar vaxtında həkimə müraciət etməklə uşaqlarının tam sağalana qədər həkim nəzarətində saxlamalıdırlar”.

Baş mama-ginekoloq vurğulayıb ki, hər cütlük ailə qurmazdan əvvəl müyainədən mütləq keçməlidir: “Hamiləlik baş tutduqdan sonra qadın məsləhətxanalarında mütləq qeydiyyatdan keçmək lazımdır. Həkimin təyin etdiyi bütün müayinələrdən keçmək zəruridir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir