http_95.86.135.60_bpictures_picture66123

Başı kəsilmiş xoruz necə il yarım yaşadı?

Baxış sayı: 1. 615

ABŞ-ın Kolorado ştatında isə Mayk adlı xoruz başı kəsiləndən sonra 1,5 il yaşayıb.

1945-ci ilin sentyabrın 10-da fermer Lloyd Olsen analığını nahara dəvət etdi və bü münasibətlə həyətdə qaçan Mayk adlı 5 aylıq xoruzu kəsmək qərarına gəldi. Analığı toyuq boynunu sevdiyindən, Olsen zxoruzun boğazını saxlayaraq başını kəsdi. Bu zaman Maykın beyninin kökü və bir qulağı qaldı.

Amma başı kəsilən Maykın ölmək fikri yoxdu. Saatlar keçdi, o isə həyətdə gəzirdi.
Lloyd bunu görəndə Maykı evə apardı və bəsləməyə başladı. O, Maykın boğazına qarğıdalı, buğda və arpa dənələri, su tökür, xoruzun boğazı zılla tutulanda təmizləyirdi.
Bir qədər keçdi, Mayk yıxılmadan qaçmağı öyrəndi.

Başı kəsilən, amma yaşayan xoruz barədə ətrafa səs yayılanda sahibi Maykı Solt-Leyk-Sitidəki Yuta Universitetinə apardı.
Alimlər baxışdandan sonra dedilər ki, Maykın başı vurulanda balta onun şah damarına toxunmayıb və laxtalanmış qan xoruzun ölməsinə mane olub.
Üstəlik, başı olmasa da, Maykın beyninin əksər hissəsi boynuna bitişik qalmışdı.

10 min dollara sığortalanan və Ginnesin Rekordlar Kitabına düşən Maykl 1947-ci ildə boğazına yığılmış buğdalardan boğulub.

Xoruz öləndən sonra Fruita şəhərində ona heykəl qoyulub.http_photos.milli.az_images_66123_01




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir