IMG-20180611-WA0014

“Battle of Regions”un qalibləri müəyyənləşdi

Baxış sayı: 194
Nəhayət bir neçə gündür haqqında danışılan “Battle of Regions” layihəsi baş tutdu.
Student Club Azerbaijan və “Ölkələr və şəhərlər” tərəfindən həyata keçirilən tədbirdə gənclər və Turizim sahəsi üzrə mütəxəssislər bir araya gəldilər.
Günay Səbzəliyevanın rəhbərliyi ilə keçirilən Cümhuriyyətin 100 illiyinə həsr olunmuş Battle Of Regions layihəsinin əsas məqsədinin regionların turizm potensialını üzə çıxarmaq və gənclərin turizm biliyini artırmaq idi.
Tədbir ilk olaraq  Elnur Məmmədovun açılış nitqi ilə başlandı.
Ardınca “Najmaddin Travel’in qurucusu Nəcməddin Aslanlı Ucuz səyahət etməyin yolları haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Çıxışdan dərhal sonra müxtəlif regionları təmsil edən komandalar regionlar haqqında hazırladıqları təqdimatlarla mübarizəyə başladırlar.
Komandalar  təmsil etdikləri Region haqqında hazırladıqları təqdimatlarla bərabər həmçinin həmin bölgəyə məxsus  simvolları da  canlı olaraq nümayiş etdirdilər.
 Tədbirin ən maraqlı məqamlarından biri də komanda iştirakçılarının təmsil etdikləri regionlara məxsus şirniyyatları gətirmələri idi, bundan əlavə Gəncə-Qazax komandasının kiçik bir səhnəciklə çıxış etməsi olduqca maraq doğurdu.
Daha sonra isə tədbirin ən maraqlı anı, yəni mükafatlandırma mərasimi keçirildi. 1-ci yerin qalibi Gəncə-Qazax komandası, 2 və 3 cü yerlərin qalibləri isə müvafiq olaraq Lənkəran və Şəki-Zaqatala komandaları oldu.
Qalib komanda kubok və medallarla həmçinin tərəfdaş şirkətlərdən hədiyyələrlə mükafatlandırıldı.
IMG-20180611-WA0012
 .
IMG-20180611-WA0018



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir