arif ve müzeyyen

Baxdıqdan sonra peşman olmayacağınız 4 romantik türk filmi

Baxış sayı: 1. 268

Qadınların ən çox izlədiyi film janrı melodramdır. Mövzu cəhətdən bizi cəlb etsə də, hər film insanda xoş təəssuratlar yaratmır. Baxdıqdan sonra peşman olmayacağınız  4 romantik türk film siyahısını sizə təqdim edirik.

Siyahımızda ilk yeri “Issız adam” tutur. 2008-ci il istehsalı olan bu filmin IMDB-də balı 6.8-dir. Janr etibarı ilə, romantik dram sayılır. Filmdə həyat məqsədi, sevgisi olmayan, qərarsız bir kişinin bir qadına vurulmasından bəhs edilir. Filmin soundtrack’ləri də sizin zövqünüzcə olacaq.

Image result for issız adam

Növbəti film “Aşk tesadüfleri sever” adlanır. Bu film də 2011-ci ildə çəkilmişdir, IMDB-də reytinq baxımından digərlərindən daha yüksək bal almışdır – 7.4. Mövzu və ssenari baxımından olduqca maraqlı və fərqli filmdir. Adından da göründüyü kimi filmin əsas ssenarisi təsadüflər üzərində qurulmuşdur. Baş qəhrəmanların doğulması, yaşamı və ölümü bir-birinə təsadüfən bağlıdır.

Image result for “Aşk tesadüfleri sever”

Təqdim edəcəyimiz üçüncü film “İncir Reçeli 1”dir. Film 2011-ci ildə ekranlara buraxılmışdır, IMDB-də 6.6 balla qiymətləndirilmişdir. Bu sevgi filmi mövzu baxımından digərlərindən fərqlənir. Filmdə bir gecədə həyatına sevgi daxil olan qadın və kişinin yaşadıqlarından bəhs edilir. Filmin ikinci hissəsi çəkilsə də, birinci hissəsi daha təsirli və maraqlıdır.

Image result for “İncir Reçeli 1

Son təqdim edəcəyimiz film “Fakat Müzeyyen bu derin bir tutku” adlanır. Film 2014-cü ildə çəkilmiş, IMDB-də 6.5 balla qiymətləndirilmişdir. Filmdə ilk kitabını yazmağa çalışan Arif sevgi münasibətlərini anlamayan, bir çox insanları tərk etmişdir. Ancaq Müzeyyen adlı xanım Arifi tamamilə özünə aşiq edərək, hətta ona evlənməyi belə düşündürür. Filmdən öyrənəcəyiniz çox şey olacağını düşünürəm. Bu filmdə münasibətlərə dair maraqlı fikirlər yer alır.

Image result for “Fakat Müzeyyen bu derin bir tutku”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir