yuxu

“Bazar ertəsi sindromu”ndan necə qurtulmaq olar?

Baxış sayı: 1. 257

Siz də həftə sonu tətilinin işıq sürətiylə keçdiyini və böyük bir həftənin sizi gözlədiyini düşünərək gərilə bilərsiniz? İşləyən insanların kabusu olan “bazar ertəsi sindromu”la baş etmək, əslində sanıldığı qədər çətin deyil.

Bazar ertəsi sindromu – həftə sonu tətilinin ardından işə ya da məktəbə başlamaqla əlaqədar istəksizlik və çətinlik halıdır. Adamın işiylə əlaqədar duyğuları, bu problemin yaşanma dərəcəsini təyin edir.

Bu əslində bazar ertəsi ilə əlaqədar bir problem deyil. Çünki bazar ertəsi yalnız həftənin günlərindən biri yəni digərlərindən çox fərqli bir gün deyil. Ancaq bu gün insanlarda kədər və stress yarada bilir. Bunun səbəbi də bazar ertəsinin – yeni həftənin gətirəcəyi məsuliyyətlərdir.

İndiki vaxtda bu sindrom dərəcələri fərqli olmaqla birlikdə bir çox adamda görülür. Əsasən, iş yeri ilə əlaqədar mənfi duyğular yaşayan və qayğı pozuqluqları olan şəxslərdə daha çox nəzərə çarpır.

Daha gərgin bir bazar ertəsi əvəzinə, xoş, gümrah keçirdiyiniz bir gün yaşamaq istəyirsinizsə, məsləhətlərimizə əməl edin.

Daha çox yatın

Yuxusuzlluq həftənin ilk gününü stressli keçirməyin ən böyük səbəbidir. İnsanlar həftə içi ilə müqayisədə, həftə sonu normal yatmırlar. Həftə sonları yuxu problemi yaşamaq ertəsi gün stressli bir gün yaşamağınıza səbəb olacaq. Buna görə həftəsonu yuxunuzu sabitləyin.

Daha az televizor izləyin

Çox televizor izləmək məhsuldarlığı azaldır. Çox sevdiyiniz bir film və ya televiziya proqramını hər həftə izləmək normal bir şeydir, ancaq həftə sonu kresloda əyləşib kanallar arasında yox olmaq düzgün deyil. İnsanlar çox vaxt çox yorğun olduqları halda, televiziyaya baxmağı üstün tutarlar. Gecə yarısına kimi televizor qarşısında oturub yuxuya getmək, nizamsız yuxu və yorğunluq hissi yaranmasına səbəb olur.

Həftə içi planlar edin

İnsanlar tətil günlərini, həftə sonlarını dostlarıyla keçirməyi üstün tuturlar. Buna görə bir çox işlər, həll edilməyən problemlər üst-üstə yığılır və həftə sonuna qalır. Bu qədər işləri, problemləri yalnız 2 gün ərzində həll etməyə çalışmaq yeni həftəyə yorğun, gərgin başlamağınıza səbəb olacaq. Bunun üçün dostlarınızla görüşə həftə içi vaxt ayırın.

Tələsməyin

Hər məsələdə tələsik davranmaq stressli olmağınıza və bütün günü özünüzü pis hiss etməyinizə səbəb olacaq. Gün ərzində görməli olacağınız işlərə lazımi vaxt ayırın.

Özünüzə həftəbaşı müalicəsi tətbiq edin

Əgər bazar ertəsindən nifrət edirsinizsə, həmin günlər edə biləcəyiniz fərqli bir şeylər düşünün. Əgər vacib iş görüşməsi varsa, həmin gün, bu görüşməni günün erkən saatlarına salmayın. Səhərlər evdən tez çıxıb gözəl bir yerdə səhər yeməyi yeyə bilərsiniz.

Xəbərləri söndürün

Səhər-səhər cinayət xəbərləri, pis xəbərlər izləmək sizin əhvalınıza pis təsir edə bilər. Əgər həssas birisinizsə, pis xəbərlər sizin ruh halınıza pis təsir göstərə bilər.

Dəyərləndirmək üçün vaxt ayırın

Bazar ertəsindən niyə nifrət etdiyinizi düşünün. Bunu anlamaq üçün özünüzə vaxt ayırmalı və hansı məsələdə yaxşı hiss edirsinizsə, onu qərarlaşdırıb, ona uyğun hərəkət etməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir