meyve_terevez_00

Bədəni təmizləyən 10 qida

Baxış sayı: 3. 754

Bəzi qidalar bədəni toksinlərdən təmizləməyə qadirdir. Bununla da insan özünü daha gümrah, yüngül hiss edir. Ən əsası xəstəliklərdən uzaq olur. “Tabloid.az” detoks təsiri göstərən, orqanizmi zəhərlərdən, toksinlərdən təmizləyən və sizə enerji bəxş edəcək qidalar haqqında maraqlı məlumatı təqdim edir:

Çuğundur

B3, B6 və beta karoten anbarı olan çuğundur dəmir, maqnezium, sink və kalsium baxımından da olduqca zəngindir. Xüsusilə, qaraciyər üçün faydalı olan bu qida bədənin təmizlənməsini təmin edir. Qaraciyərdən  zəhərli maddələri çıxartmaq üçün çuğundurun əvəzi yoxdur.  Çuğundurun içərisindəki lif  həzmi rahatlaşdırır və zərərli maddələrin bədəndən atılmasına yardımçı olur.

Zəncirotu

Zəncirotu nizamsız qidalanan insanlar üçün möhtəşəm bir təmizləyicidir. Mineral və vitamin baxımından çox zəngin olan bu bitkinin tərkibinə bol miqdarda antioksidant daxildir. Zəncirotu həzm sistemini və qaraciyəri təmizləyir. Salata əlavə edərək istehlak edə bilərsiniz.

Brokkoli filizi

Brokkoli sağlamlığa ən çox faydası olan tərəvəzlər biridir. Ancaq brokkoli filizlərinin özündən daha çox faydalı olduğu söylənilir. Bədəni təmizləyən bir bitkinin cücərtilərini salat və ya yeməklərinizə əlavə edə bilərdiniz.

Buğda otu

Xüsusən qaraciyəri təmizləyən və tərkibindəki təsirli maddələr sayəsində bütün gün özünüzü enerjili hiss etməyinizi təmin edən buğda otu qan şəkərinin səviyyəsini də aşağı salır.

Kətan toxumu

Kətan toxumu bədəni zəhərli maddələrdən təmizləmək üçün çox təsirlidir. Həzm sistemini və bağırsaqları təmizləyərkən Omega-3 yağ turşusu ilə də təchiz edir. Hər səhər 1 qaşıq üyüdülmüş kətan toxumunu limonlu suya qarışdıraraq içə bilərsiniz.

Limon

Limonun faydalarını hər dəfə təkrar dilə gətiririk. Detoks təsiri ilə məşhurlaşan limon su ilə qarışdırılaraq səhərlər istehlak edildikdə bədəni təmizləyir və qidaların turşuluq səviyyəsini tarazlaşdırır.

Sarımsaq

Detoks deyiləndə ağla gələn digər bir qida isə sarımsaqdır. Bir çox məsələdə olduğu kimi orqanizmin təmizlənməsi mövzusunda da olduqca təsirlidir. Xüsusilə, mikrobların məhv edilməsi və zəhərli maddələrin bədəndən xaric edilməsində böyük yardımçıdır.

Ənginar

Ənginar  həm olduqca dadlı, həm də faydalı bitkidir. Qaraciyəri təmizlədiyi məlumdur və xüsusilə qaraciyərin göstəriciləri yüksək olan insanlara istifadəsi tövsiyə edilir. Həmçinin böyrəklərə də faydalıdır.

Sarıkök

Sarıkökə sarı rəngi verən maddə qara ciyər və həzm sistemi xəstəliklərinin müalicəsində istifadə edilən dərmanların böyük bir qisminin tərkibində olur.

Alma

Pektinlə zəngin olan alma həzmi sürətləndirir, onun tərkibindəki  flavanoidlər isə qaraciyərə dəstək verir. Bədəni təmizləyən və asan əldə edilən bir meyvədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir