bel

Bel ağrıları: səbəb, simptom və müalicə metodları

Baxış sayı: 2. 352

Bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsun bel ağrılarından əziyyət çəkir. Bel ağrıları işdən qalma səbəbləri arasında da mühüm yer tutur. Bütün yaş qrupları arsında rast gəlinməsinə baxmayaraq, ən çox 35-55 yaşlar arasında olur. Mütəxəssislər bel ağrılarının sümük, əzələ və bağ sistemlərimiz ilə əlaqəli olduğunu deyirlər.

Belin aşağı nahiyyəsində ağrı bel fəqərə sümükləri, fəqərələr (vertebra) və fəqərəarası disklər, fəqərə və fəqərəarası disklər ətrafındakı bağlar, onurğa beyni və sinirləri, bel əzələləri, qarın və çanaqdaxili orqanlar və bel nahiyəsi dərisindəki hər hansı patologiya səbəbli ola bilər. Belin  yuxarı nahiyəsində ağrı isə aorta, döş qəfəsi şişləri (tumor) və onurğanın infeksion xəstəlikləri zamanı müşahidə edilə bilər.

 

Bel ağrılarının səbəbləri

Onurğa sütünü əzələlər, bağlar (ligaments) və vətərlərdən ibarət bir struktur olub anatomik olaraq seqmentlərə ayrılmışdır. Bu komponentlərdən hər hansı birində problem olduqda bel ağrısına səbəb ola bilir.

 

Gərilmə, dartılma ən çox  bel ağrısı səbəbləridir:

– Əzələ dartınması

– Bağların gərilməsi

– Əzələ spazmı

 

Dartılma və gərilməyə səbəb olan hərəkətlər:

– Məqsədsiz əşya qaldırma

– Çox ağır əşya qaldırma

– Kəskin və yöndəmsiz hərəkətlər

 

Struktur problemləri – aşağıda sadalanan struktur problemləri də bel ağrıları ilə nəticələnə bilər

– Disklərin yırtılması (ruptured disc) – Onurğa sütunümüzün hər bir fəqərəsi disklərlə əhatə olunub. Əgər disklərdən biri cırılarsa bu zaman sinirə təzyiq edərək bel ağrısına səbəb olacaqdır.

– Disk qabarması (bulging disc) – disk yırtıqlarında olduğu kimi disk qabarması zamanı da sinirə təmas bel ağrısı ilə nəticələnə bilər.

– Oturaq sinir – qabarmış və ya yırtılmış diskin bu siniri sıxması nəticəsində sağrı nahiyyəsində kəskin və zoqquldayıcı (atıcı) ağrı yaranaraq aşağı ətrafın arxası ilə aşağı istiqamətdə ayağa yayılır (irradiasiya edir).

– Artritlər – Pasiyentlərdə ən çox artirit problemləri çanaq, bel, diz və əl oynaqlarında rast gəlinir.

– Onurğanın patoloji qıvrımları (əyrilikləri) –  Onurğa sütünunun təbii və patoloji əyrilikləri vardır; təbii lordoz, təbii kifoz, patoloji lordoz, patoloji kifoz və skolioz. Əgər xəstədə onurğa qeyri-düzgün əyriliklərə sahibdirsə bel ağrıları müşahidə edilməsi qaçınılmazdır. Məsələn, skolioz zamanı onurğa sütunü yana boğru əyilir.

– Osteoporoz –  bu zaman onurğa sütunü sümükləri, fəqərələri kövrək və məsaməli olur və tez-tez qəlpəli sınıqlar ilə nəticələnir.

 

Aşağıda bel ağrılarının digər səbəbləri sadalanmışdır

– At quyruğu sindromu (Cauda equina syndrome) – at quyruğu onurğa beyninin aşağı qurtaracağından  başlayan spinal sinir kökləridir. At quyruğu sindromu olan pasiyentlərdə belin aşağı nahiyəsində və sağrı nahiyəsinin yuxarı hissəsində  küt ağrı müşahidə edilir, sağrı, genital və bud (omba) nahiyəsində  hissiyatın itməsi (analgeziya) simptomları olur. Bəzi hallarda sidik ifrazı və defekasiya aktı ilə əlaqəli problemlər də müşahidə edilir.

– Onurğa xərçəngi ( Cancer of the spine) – onurğa beynində yerləşən şiş siniri sıxaraq bel ağrısına səbəb olur.

– Onurğanın infeksion xəstəliyi – əgər xəstədə yüksək temepratur (qızdırma) ilə yanaşı bel ağrısı simptomu da varsa buna səbəb onurğanın infeksion xəstəliyi ola bilər.

– Digər infeksion xəstəliklər – çanağın infeksion xəstəliyi (qadınlarda), sidik kisəsi və ya böyrək infeksiyaları da bel ağrılarına səbəb ola bilir.

– Kəmərləyici dəmrov – zədələdiyi sinirdən asılı olaraq bu infeksiya da bel ağrılarına səbəb ola bilir.

– Pis yataq – əgər sizin döşəyiniz bədəninizin xüsusi əyriliklərini dəstəkləmirsə və onurğanı düz saxlayırsa bel ağrısı yaşama riskiniz yüksək deməkdir.

 

Gündəlik fəaliyyətlər və yalnış postur (duruş)

Bel ağrısı eyni zamanda gündəlik fəaliyyətimiz və ya yalnış postur nəticəsində də yarana bilər. Bunlara daxildir:

– Yöndəmsiz önə əyilmə;

– Əşyanı itələmək;

– Əşyanı dartmaq;

– Əşya daşımaq;

– Bir şey qaldırmaq;

– Uzun müddət ayaq üstə dayanmaq;

– Uzun müddət aşağı əyilmiş vəziyyət almaq;

– Fırlanmaq;

– Öskürmək;

– Xoruldamaq;

– Əzələni gərginləşdirmək;

– Həddindən artıq dartınmaq;

– Boyunu həddindən artıq önə əymək, məsələn, maşın sürərkən və ya komputerdən istifadə edərkən;

– Fasiləsiz olaraq maşın sürmək.

 

Risk faktorları

Risk faktoru xəstəliyin inkişafına, yaranmasına şərait yaradan zərərli vərdişlərə deyilir. Məsələn, artıq çəki (obesity) II tip şəkərli diabet xəstəliyinin yaranma riskini əhəmiyyətli dərəcədə artırır. Dolayısı olaraq. Piylənmə II tip şəkərli diabet xəstəliyi risk faktoru sayılır.

Aşağıda sadalananlar bel ağrılarının yaranma riskini artıran yüksək risk faktorlarıdır

– Zehni gərgin iş;

– Hamiləlik;

– Oturaq həyat tərzi;

– Yaş – yaşlılarda bel ağrıları gənc və uşaqlara nisbətdə daha çox rast gəlinir;

– Həyəcan;

– Depressiya;

– Cins – bel ağrıları qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir;

– Piylənmə və həddindən artıq çəki;

– Siqaret çəkmə;

– Yorucu, məqsədsiz fiziki idman;

– Yorucu fiziki iş.

 

Əlamətlər və simptomlar

Bel ağrısının əsas simptomu beldə yaranan və bəzən də sağrı nahiyəsinə və ayaqlara yayılan ( irradiasiya edən ) ağrıdır. Hansı sinirin sıxılmasından  asılı olaraq beldə olan patologiya  bədənin digər nahiyələrində ağrıya səbəbi ola bilər. Bir çox hallarda əlamətlər qısa zamanda öz-özünə keçib gedir.

Aşağıdakı simptomlardan hər hansı biri bel ağrısı ilə birgə müşayiət edildiyi halda mütləq həkiminizə müraciət edin

– Çəki itirmə;

– Bədən temperaturunun yüksəlməsi (qızdırma);

– Beldə iltihab (qızarma, şişkinlik);

– Davamlı bel ağrısı: uzanma və ya dincəlmə zamanı azalmayan, aşağı ətraflara (ayaqlara) irradiasiya edən ağrı;

– Dizdən aşağı yayılan ağrı;

– Yaxın zamanlarda keçirilmiş bel zədələnməsi və ya travması;

– Sidik saxlamama (sidik qaçırma) – qeyri-iradi sidik ifrazı olması;

– Sidiyə getmənin çətinləşməsi;

– Nəcis qaçırtma – bağırsaq kontrolu itir. Qeyri-iradi nəcis ifrazı olması;

– Genital nahiyədə keylik (hissiyat pozğunluğu);

– Düz bağırsaq (anus) ətrafında keylik (hissiyat pozğunluğu);

– Sağrı nahiyəsində keylik (hissiyat pozğunluğu).

İngiltərə Milli Sağlamlıq Xidmətinə (British National Health Service) görə aşağıda qeyd edilən insan qrupları bel ağrısı hiss etdikdə həkimə müraciət etmələri mütləqdir.

– 20 yaşından kiçik və 55 yaşından böyük şəxslər;

– Bir neçə ay müddətində steroid qəbul edən pasiyentlər;

– Narkotik maddə asılılığı olanlar;

– Xərçəng xəstəliyi olanlar;

– İmmun sistemi çökmüş insanlar.

 

Diaqnoz 

Həkim fiziki müayinə və xəstədən anamnez topladıqdan sonra bel ağrısı diaqnozu qoya bilir və çox hallarda görüntüləmə filmləri (snimka) tələb olunmur. Əgər həkim beldə hər hansı patologiyadan şübhələnirsə müəyyən analizlər tələb edə bilər.

Disk, sinir, vətər (tendon) və digər problemlərə şübhə olduqda rentgen və ya digər görüntüləmə müayinələri, kompyuter tomoqrafiya (KT) və ya maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi kimi metodlardan istifadə edilə bilər.

Rentgen – xəstədə artirit və ya sümük sınıqları olduqda göstərə bilir. O, əzələlər, onurğa beyni, sinirlər və disklərdəki problemləri aşkarlamaq üçün ideal müayinə deyil.

MRT və ya KT müayinələr – bunlar disk yırtıqları, toxuma, vətərlər, sinirlər, bağlar, qan damarları, əzələ və sümük problemləri zamanı göstərişdir.

Elektromioqrafiya və ya EMQ – əzələlərdə sinirlərin elektrik impulslarına cavabları ölçür. Bu müayinə disk yırtığı və ya spinal daralma (stenoz) nəticəsində sinir sıxışmasını öyrənə bilir.

Həkim infeksiya şübhəsi duyursa qan analizi də tələb edə bilər.

 

Müalicə metodları

Bel ağrılarının böyük əksəriyyəti tibbi müdaxilə tələb etmədən öz-özünə keçir. Adətən ağrılar ağrıkəsici dərman vasitələri və ya ağrı nahiyyəsinə soyuq və ya isti kompress ilə sakitləşdirilir. Qısa müddətli dincəlmə yararlıdır. Lakin bu uzun müddət davam etdikdə əzələlərdə zəifləmə yaranaraq gələcəkdə bel ağrılarının daha da pisləşməsinə səbəb ola bilər.

Adətən bel ağrıları iki növə ayrılır:

– Kəskin (akut) – bel ağrısı qəflətən başlayır və maksimum 3 aya kimi davam edir.

– Xroniki ağrı – uzun müddət ərzində yavaş-yavaş inkişaf edir, 3 aydan çox davam edərək uzun müddətli problemlər yaradır.

Əgər ev şəraitində müalicə nəticələriniz qənaətbəxş deyilsə həkiminiz sizə aşağıdakı məsləhətləri görə bilər:

– Dərman vasitələri – müxtəlif növ ağrıkəsici, iltihab əleyhinə dərmanlar, bəzi antidepressantlar.

– Fizioterapiya – isti, soyuq applikasiyalar, ultrasəs və elektrik stimulyasiya və eləcə də bəzi əzələ boşaldıcı metodlar bel əzələlərində və yumşaq toxumalarında ağrının azalmasına kömək edə bilər.

Ağrı azalan kimi fizioterapevt bel və qarın əzələlərini elastik edən və möhkəmlədən idman hərəkətləri təqdim edə bilər. Posturu (duruşu) yaxşılaşdıran metodlar da kömək edə bilər.

Kortizon (hormonal) inyeksiyalar – yuxarıda sadalanan müalicələr effekt vermədikdə və ya ayağa qədər uzanan ağrı qeyd edilirsə epidural (onurğa beyni ətrafındakı sahə) sahəyə kortizon inyeksiya edilə bilər. Kortizonun iltihabəleyhinə təsiri vardır. O, sinir kökü ətrafında iltihabı azaldaraq ağrını kəsir. Təcrübələrə görə kortizon inyeksiyasından sonra 6 həftə ərzində ağrı olmaya bilir.

 

Alternativ (ara) müalicə metodları

Çox sayda insanlar alternativ tibbi müalicə metodlarını seçirlər:

– Osteopath – skelet və əzələ müalicəsində ixtisaslaşıb.

– Chiropactor – oynaq, əzələ və sümük problemlərinin əsas hədəfi onurğadır.

– Shiatsu – barmaqla təzyiq müalicəsi adlanır, bədənin enerji xətləri boyu təzyiq yaradaraq edilən massaj növüdür. Shiatsu terapevti barmaqları, baş barmağı və dirsəkləri ilə təzyiq edərək müalicə edir.

– Akapunktur (iynə müalicəsi) – Çində yaranıb, zərif iynələrin bədənin xüsusi nöqtələrinə yeridilməsindən ibarət müalicədir. Akapunktura bədənin təbii ağrıkəsicilərinin – endorfinlərin – ifrazına səbəb olaraq sinir və əzələ toxumasını stimulyasiya edir.

Təcrübələr göstərmişdir ki ara müalicələr müxtəlif qarışıq nəticələr göstərir. Bəzi insanlarda yaxşı nəticələr alınırsa, digərlərində effekt heç olmur.

TENS (transcutaneous elektrical nerve stimulation) – uzunmüddət beli ağrıyan xəstələr arasında geniş yayılmış bir müalicədir. TENS apparatı ilə bədənə kiçik elektrik pulsları ötürülür. Mütəxəssislər düşünürlər ki, TENS bədəndə endorfinlərin yaranmasını təmin edərək beynə qayıdan ağrı siqnallarını blok edə bilər. TENS müxtəlif nəticələr verir: bəziləri heç effekt görmürlər, bəziləri isə müəyyən effekt ala bilirlər. Hamilə qadınlar, epilepsiyası olanlar, peysmeykeri olanlar və ürək xəstəliklərindən əziyyət çəkən pasiyentlər TENS apparatından istifadə etməməlidirlər.

Xüsusi qeyri-cərrahi müalicə metodu – proloterapiya (prolotherapy) – inyeksion müalicə olub birləşdirici toxuma və əzələ-oynaq zədələnmələrinin müalicəsində istifadə edilir. İnyeksiya sağalma prosesini sürətləndirərək zədələnmiş və zəifləmiş toxumanı bərpa edərək ağrını aradan götürür və funksiyaları yaxşılaşdırır. Proloterapiyanın bir neçə sinonimləri vardır; sklerosant terapiya (sclerosant therapy), skleroterapiya (sclerotherapy),regenerativ iynə müalicəsi (regenerative injection therapy), “proliferativ” iynə müalicəsi (“proliferative” injection therapy) və qeyri-cərrahi liqament rekonstruksiyası (nonsurgical ligament reconstruction).

Proloterapiya kim tərəfindən edilməlidir? – Proloterapiya üzrə ixtisaslaşmış, təcrübə keçmiş həkim tərəfindən aparılmalıdır.

Proloterapiyanın bel ağrıları zamanı effektivliyi:

Mütəxəssislər tərəfindən xroniki bel ağrılarından əziyyət çəkən xəstələrə tətbiq edilən proloterapiyanın effektivliyi 80%-90% təşkil edir.

Cərrahi müdaxilə – bel ağrıları zamanı cərrahi göstəriş nadir görülür. Əgər xəstədə fəqərəarası disk yırtığı varsa, yanaşı olaraq əzələ zəifliyi müşahidə edilirsə cərrahi müdaxilə göstəriş ola bilər.

 

Cərrahi müdaxilələrə daxildir:

– Fusion – iki fəqərə birgə birləşdirilir və aralarına qreft qoyulur.

– Süni disk – iki fəqərə arasına süni disk yerləşdirilir.

– Diskin çıxarılması (diskektomiya) – siniri qıcıqlandırır və ya sıxırsa diskin bir hissəsi çıxardılır.

– Fəqərənin hissəvi çıxarılması – onurğa beyni və sinirləri kompressiya edirsə, fəqərənin kiçik bir hissəsi çıxarıla bilər.

 

Bel ağrılarının profilaktikası

Bel ağrılarının qarşısının alınması risk faktorlarının aradan götürülməsindən ibarətdir.

Bədən tərbiyəsi – müntəzəm bədən tərbiyəsi möhkəmlənmənizə, eləcə də çəkinizi azaltmağa kömək edir. Mütəxəssislər yüngül aerobik hərəkətləri məsləhət görürlər.

 

***

İnsanlarda bel ağrılarını azaldan iki növ əsas idman növləri var:

– Nüvəni gücləndirən hərəkətlər (core-strengthening exercises) – bel və qarın əzlələri işlədən hərəkətlər əzələləri gücləndirərək beli qoruyur.

– Əsnəklik (flexibility) – nüvədə, eləcə də onurğada, çanaqda elastikliyi artırmaq məqsədi ilə edilən hərəkətlər

– Siqaret çəkmə – siqaret çəkən insanlarda bel ağrılarının rast gəlmə tezliyi eyni yaş, boy və çəkidə olan, siqaret çəkməyənlərə nisbətən çox yüksəkdir.

– Bədən çəkisi –  Daşıdıqları çəkinin hansı nahiyyədə olmasından asılı olaraq bel ağrılarının yaranma riskinə təsir edir. Piylənməsi olan və normal çəkiyə sahib insanlar arasında bel ağrısı riski şübhəlidir. Qarın, sağrı və çanaq nahiyyələrində toplanan artıq çəki bel ağrıları üçün böyük risk daşıyır.

– Duruş pozası – əmin olmalısınız ki, çanaq vəziyyətiniz təbiidir. Düz dayan, üzün önə, kürəyin düzəlmiş və ağırlığını hər iki ayaqlarına verərək ayaqlarını düz saxla və başın onurğanla bir xəttə dayansın.

– Oturma pozası – düzgün oturmaq üçün yaxşı bel dəstəyi, dirsəklik və fırlanan əsas (iş üçün) gərək olmalıdır. Oturarkən dizlərinizi çanaq səviyyəsində saxlayın və ayaqlarınızı döşəməyə düz qoyun- ayağınız çatmırsa ayaqlıqdan istifadə edin. Siz gərək ideal şəkildə düz oturasınız. Əgər klaviaturadan istifadə edirsinizsə dirsəklərinizi düz bücaq şəklində açmalı və saitləriniz horizontal vəzyiyyət almalıdır.

– Əşyaları qaldırmaq – əşyaları qaldırarkən belinizi qorumağın sirri  həmin vaxtı “ayaqları (beli deyil)” düşünməkdir. Başqa sözlə qaldırmaq üçün ayaqlarınızı belinizdən çox istifadə edin. Bacardığınız qədər belinizi düz tutaraq, dizlərinizi ehmalca bükün, ağırlığı özünüzə yaxın tutun və belinizin vəziyyətini mümkün qədər dəyişdikdə ayaqlarınızı gərginləşdirin. Ən vacib məsələ əşyanı qaldırmamışdan öncə ayaqlarınızı düzləşdirməyin, əks təqdirdə işin çoxunu belinizdən istifadə edərək görmüş olarsınız.

– Eyni zamanda qaldırıb və fırlanma – əgər birçey çox ağırdırsa kimisə köməyə çağır. Əşyanı qaldırarkən düz önə bax; nə yuxarı, nə də aşağı, bununla da boynunu onurğanın davamlı olaraq düz tutmuş olacaqsan.

– Hərəkət edən əşyalar – yadınızda saxlayın ki, əşyanı itələmək onu dartmaqdan yaxşıdır.

– Ayaqqabılar – altı düz ayaqqabılar beldə az gərginlik yaradır.

– Maşın sürmək – Belinizi dəstəkləmək çox vacibdir. Yan güzgülərin məqsədə uyğun vəzyiyyətdə olmasından əmin olun ki, sizə fırlanmağa, dönüb baxmağa ehtiyac olmasın. Əgər uzun bir yola çıxırsınızsa çoxlu fasilələr verin – maşından düşün və ətrafda gəzin.

– Yatağınız – elə bir döşək seçməlisiniz ki, onurğanızı düzgün saxlasın, eyni zamanda kürək və sağrı nahiyənizin ağırlığını dəstəkləsin. Boynunuzu düz bucaq altında tutmayan yastıqdan istifadə edin.

https://hekimtap.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir