bel agrisi

Bel ağrılarının səbəbi bunlar ola bilər

Baxış sayı: 1. 654
Bel ağrısı tez-tez rastlaşdığımız problemlərdən biridir. Bu yazıda bel ağrılarının səbəbləri haqda məlumat ala biləcəksiniz.
Əzələ mənşəli
Bel ağrılarının çoxu əzələ mənşəlidir. Ağır əşya daşıyandan və ya uzun bir səfər sonrası beliniz ağrıya bilər. Bu tip ağrılar bir az dincəldikdən sonra keçir.
Stress
Stressin bədənimizə fərqli şəkillərdə zərər verdiyini bilirik. Bunlardan biri də bel ağrılarıdır. Stress hormonu səbəbi ilə gərginləşən bel əzələləri ağrıya səbəb olur.
Orqanlardakı ağrı
Bel nahiyəsinə yaxın mədəaltı vəzi, böyrək, bağırsaq, qaraciyər və başqa orqanlardakı narahatlıqlar bel ağrısına səbəb ola bilər.
Artıq çəki
Artıq çəki insan sağlamlığına bir çox fərqli aspektdən zərər vurur: ürək-damar xəstəlikləri, təzyiq, şəkərdən başqa, bel ağrısı da yaradır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir