BENZIN

Benzinə necə qənaət etmək olar? – 9 MƏSLƏHƏT

Baxış sayı: 1. 409

Bəzi avtomobil sahibləri yanacaq xərci artdığı üçün öz avtomobilini satıb ya dizel mühərrikli avtomobilə keçmək istəyir, bəziləri isə çıxış yolunu kiçik mühərrikli, az yanacaq sərf edən avtomobillərdə görür. Amma mövcud avtomobillə də yanacaq xərclərini azaltmaq mümkündür. Bunun üçün sürücülər yanacağa qənaət etməyin yollarını bilməlidirlər. Xarici avtomobil mütəxəssisləri avtomobilə düzgün qulluq və düzgün idarəetmə ilə yanacaq sərfiyyatını 10%-ə qədər azaltmağın mümkün olduğunu bildirirlər.

Maşını mütəmadi olaraq texniki baxışdan keçirin

Avtomobilin bütün silindrləri tam gücü ilə işləyəndə onun mühərriki daha az yanacaq tələb edir. Müasir maşınların mütəmadi baxışa daha az ehtiyacı olur, amma istehsalçı tərəfindən müəyyən edilmiş intervallarda maşınızı baxışdan keçirməsəniz əmin olun ki, bir çox problemlərlı, o cümlədən yüksək benzin sərfiyyatı ilə üzləşəcəksiniz.

Yağı vaxtında dəyişin

Bunu hamımız bilsək də, amma vaxtlı-vaxtında etmirik. Bundan başqa əmin olun ki, maşınıza tam uyğun olan yağdan istifadə edirsiniz. Bunun üçün avtomobilin texniki təlimatına nəzər yetirin. Yağ maşının ehtiyat hissələrinin arasında olan təmasını yüngülləşdirir və daha effektiv edir və bu da nəticədə yanacaq xərcini azaldır.

Təkərlərin balansına nəzarət edin

 Təkərlər boş olduğu zaman, mühərrik maşını hərəkətə gətirmək üçün daha çox güc sərf edir. Bu da təbii ki daha çox benzin tələb edir. Təkərlərin havası 5% əskik olduğu halda, bu yanacaq sərfiyyatını 1% artırır. Bundan başqa şinlərin köhnəlməsi də sürətlənir. Təkərlərin balansını ən azı ayda bir dəfə yoxlatdırın.

Xüsusi şinlərdən istifadə edin

Bazarda bir çox şin var və sürücülərin əksəriyyəti adətən ən ucuz olanı seçir. Lakin belə seçim heç də sizin benzinə qənaət etmək istəyinizlə uyğun gəlmir. Bu baxımdan sizə xüsusi eko-şinlərdən istifadə etmək məsləhət görülür. Onlar adi şinlərdən biraz baha olsa da, hərəkət zamanı müqaviməti azaltmaqla yanacağın 5% qədər az istifadəsini təmin edir.

Yolunuzu azmayın

 Yolu azmaq benzin israfçılığın ən “yaxşı” yoludur. Bunu etməyin! Tanımadığınız yerə gedərkən mütləq əvvəlcədən xəritəyə nəzər yetirin. Yolu, döngələri, yadda saxlayın. Və ya maşınınıza naviqator sistemi quraşdırın. Müasir naviqatorlar istənilən ünvana qədər yanacaq sərfiyyatı baxımından ən effektiv yolu sizə göstərmək iqtidarındadır.

Kondisioner

 Kondisionerdən istifadə bəzi hallarda benzin yanmasını 20% qədər artırır. Təbii ki müəyyən hava şəraitində kondisionerdən imtina etmək mümkün deyil. Lakin bir çox hallarda kondisionerə ehtiyac olmadığı halda biz ondan istifadə etməyə davam edirik.

Baqajı boşaldın

Çox vaxt elə olur ki hansısa əşyalar yaddan çıxıb maşınımızda qalır və biz onları aylarla daşıyırıq. Artıq yük maşının hərəkətini əngəlləyir və mühərrikin daha çox yanacaq sərf etməsinə gətirib çıxarır. Bundan başqa həmin artıq çəki maşının sürət yığmasına və yavaşlamasına da mənfi təsir göstərir. Hesablamalara görə avtomobildə daşınan hər 30 kg yük benzin sərfiyyatını 1% artırır. Ona görə maşının baqajınıza əl gəzdirin. Çox güman ki ordan 30 kiloluq lazımsız yük çıxacaq.

Maşını sərt sürməyin

 Maşını idman üslubunda yəni, kəskin manevr etməyərək sürmək lazımdır. Bütün manevrlər hamar və yavaş olmalıdır. Aqressiv sürmə həmişə daha çox benzin tələb edir.

Sürəti azaldın

 Maşını yavaş sürmək yanacaq qənaətində böyük rol oynayır. Yüksək sürətlərdə avtomobilin mühərriki daha çox yanacaq tələb edir. Çalışın 80-90 km/saat sürəti aşmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir