ders

Beyin yorunluğu: necə aradan qaldıraq?

Baxış sayı: 201

“Beynim doludu, heç nə düşünə bilmirəm, ağır stress altındayam, yaşadığım hadisələrin təsirindən xilas ola bilmirəm, son zamanlar uğurlarım azalıb, səhv qərarlar verirəm, işlərimə nəzarət edə bilmirəm”,  – deyirsinizsə, deməli, beyin yorğunluğu yaşayırsız.

Beyin yorğunluğu zamanı ən çox qarşılaşılan şikayətlər sırasına unutqanlıq, diqqət əskikliyi, öyrənmə və əzbərləmə pozğunluqları, beyində ağırlıq hissi, diqqətsizlik, səbrsizlik və tez əsəbləşmə halları daxildir. Beyin yorğunluğu yaşayan insanlarda beyində alzehmirdə olduğu kimi proses yaşanmır, ancaq onlar oxumaqda çətinlik çəkir, digər səhifəyə keçdiyində əvvəlki səhifəyə tez-tez baxmaq ehtiyacı duyarlar.

 

Beyin yorğunluğu hansı peşələrdə çalışanlarda sıx rastlanır?

Maliyyə işləri ilə məşğul olan, ağır iş tempinə məruz qalan idarəçilər, köməkçilər, tələbələr və buna bənzər bir çox sahələrdə çalışanlarda beyin yorğunluğu yaşanır.

Beyin yorğunluğu yaşayan işçilərdə beyin məhsuldarlığı azalır. Düşünməkdə çətinlik çəkər, problemlərə praktik həll yolu tapa bilməz, performansı sürətlə aşağı düşməyə başlayar. Dostları ilə münasibətində, danışıqlarında fərqliliklər yaşanar, həmişə əsəbi, kobud davranışlar göstərərlər.

 

Beyin yorğunluğunun səbəbləri nələrdir?

Uzun müddətli stress yaşanması

Gərgin iş tempi

Metropol şəhərlərdə havasız, dar və kiçik ofislər

Elektrik cihazlardan yayılan elektromaqnit dalğalar

Mobil telefon siqnalları, TV və radio dalğaları, yüksək gərginlik xətləri, elektromaqnit kirlilik

Spirtli içki aludəçiliyi, depresiyya, yuxusuzluq, narahatlıq

Xəstəliklə bağlı atılan dərmanlar

Vitamin çatışmazlığı

 

Beyin yorğunluğuna qarşı nə etmək olar?

İnsana xroniki stress bəxş edən hallardan uzaq durmaq

Sağlam olmayan iş ortamından uzaqlaşmaq

Havasız məkanlarda işləməmək

Gündəlik olaraq idamanla məşğul olmaq

İş zamanı, ya işdən sonra hansısa musiqi aləti çalmaqla məşğul olmaq

Ağır iş zamanı arada dincəlmək

İmtahanlara hazırlaşarkən arada fasilə edib idman, musiqi ilə məşğul olmaq lazımdır.

 

Beyin yorğunluğuna hansı qidalar faydalıdır?

Fındıq, qoz, badam, çəyirdəkli quru üzüm, yaşıl tərəvəzlər, böyürtkən, somon və sardalye balığı, üzüm suyu, alma, kəpəkli düyü, isti kakao, çay və qəhvə beyin yorğunluğuna müsbət təsir edən qidalardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir