idman

Beyinin yaşlanmasının, passivliyinin qarşısını necə almalı?

Baxış sayı: 159

Gün ərzində lazım olan qədər su içməmək, hərəkətdə olmamaq, yuxusuzluq,  stress yaşamaq beyini yaşlandıran və fəaliyyətini ləngidən amillərdəndir.

Bəs, beyinin yaşlanmasının, passivliyinin qarşısını almaq üçün nələr etmək lazımdır?

Gencaile.az dünyanın bir çox ölkələrindəki mütəxəssislərin yekdil rəylərinə yönələn bir neçə məsləhəti təqdim edir:

Nəsəfalma texnikalarından istifadə – Dünyada insanların bəlkə də, heç 10 faizi düzgün nəfər almır. Bununla da, həm orqanizmə, həm də beyinə lazimi qədər oksigen qovmurlar. Nəfəsalmadakı bəzi qüsurları aradan qaldırmaqla beyinə çox böyük hədiyyə etmiş olarıq. Bunun üçün də xüsusi nəfəsalma texnikalarından yararlanmaq və nəfəsi hər zaman vahid bir harmoniya şəklində alıb-vermək lazımdır. Məsələn, üçtəkanla nəfəsalma metodu işə yaraya bilər;

Piyada gəzmək- bu üsul da beyinə çox yaxşı təsir edir. Amma yaxşı olardı ki, gəzinti yerləri tez-tez dəyişsin. Piyada hərəkət zamanı fərqli-fərqli məkanlarla təmas beyinin aktivliyini artırır;

Su içmək – beyinin 73 faizi sudan ibarətdir. Gün ərzində miqdarından az su içdikdə orqanizmlıə yanaşı, beyindəki su da azalmağa başlayacaq. Beyin cəmi bir faiz su itirsə, o zaman düşünmə bacarığımız zəifləyəcək. İki faiz itirsə, bu zaman diqqət, yaddaşda ciddi problemlər yaranacaq. Odur ki, gün ərzində orqanizmi sadə su ilə lazımı qədər qidalandırmaq lazımdır. Çay, qəhvə, meyvə suyunu sadə su yerinə içməyin he bir faydası olmaz. Çünki onlarda sidikqovucu maddələr olduğu üçün mütəmadi olaraq, bədən suyunun boşalmasına gətirib çıxaracaq. Su ən çox səhər saatlarında içilməlidir;

Düzgün yuxu rejimi- bu, beyinin ən yaxşı dostudur. O cümlədən, rejimsiz yuxu da beyinin ən zalım düşmənidir. Hər gün eyni vaxtda və eyni miqdarda yatmaq beynin normal fəaliyyətini tənzəmləyir;

Düzgün qidalanma- Beyin bütün orqanizmi idarə etdiyi kimi, orqanizmə daxil olan hər bir qida öncə beyinə müəyyən siqnallar ötürür. Yəni, yeyilən qidadan nəsibi alan ilk beyin olur. Xüsusən də xəmir şirniyyatları və xəmir yeməkləri beyinin yaşlanmasına gətirib çıxarır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir