ULVIYYE EFENDIYEVA

Beynimiz haqda maraqlı faktlar – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 255

İnsan beyni ən çətin və kifayət qədər tədqiq olunmayan orqandır. Lakin bir neçə dəqiq faktlar mövcuddur.

 

Beyinin sürəti nə qədərdir?

Beyinə daxil olan və çıxan sinir impulslarının sürəti saatda 274 kilometrə bərabərdir. Bu günə qədər heç düşündünüzmü ki, niyə çəkiclə barmağınıza zərbə dəydikdə niyə belə tez reaksiya verirsiniz? Bunun hamısı sinir impulslarının möhtəşəm sürəti nəticəsində baş verir. Bu impulsların surəti təxminən idman avtomobillərinin surəti ilə müqayisə olunur.

.Ümumi ağırlığımızın 2%-i

  • Qidaların 20%-i
  • Oksigenin 25%-i beyin üçün sərf olnur.

Beyinə bir saniyədə 10 yeni məlumat qeyd edilsə də, 75 illik ortalama bir ömürdə bir insanın yaddaşının yarısından çox daha azını beyinə doldura bilər.

Beynimiz yorulmaz.Yorulan bədənimizdir.Dünyadakı ən sürətli komputer saniyədə bir milyard əməliyyat icra edərkən,beynimiz saniyədə bir katrilyon əməliyyat icra edə bilməkdədir.

 

Beynin 3 əməliyyat sistemi

Sürünən beyin – Döyüş ya da Qaç! Həyatda qal.

Emosional beyin – Duyğular, Ağ və ya Qara

Vizual beyin

 

Sürünən beyin- döyüş ya da qaç

Beyinin ən köhnə sistemidir. Bizi döyüşməyə və ya qaçmağa yönəldir. Həyatda qalmağa yönəlmiş reflekslərdir.Ani və düşünmədən bizi hərəkətə keçirir.

Məsələn: Vəhşi bir heyvanla qarşılaşdıqda ya qaçarıq ya savaşarıq. Ani və düşünmədən etdiyimiz hərəkətlərdir. Əsəbdən gözünüz qaraldı və özünüzü bir davanın ortasında gördünüz və s. Bu zaman sürünən beyinin kontrolu altında oluruq.

 

Sürünən beyinin kontroluna nə zaman düşürük?

Tükənmə sindromu

Çox və uzun müddətli stress

  • Emosional beyin – Duyğular
  • Bu beyin sürünən beyni əhatə edən 2-ci beyin sistemidir.
  • Məməlilərin 98%-ində vardır. Insanların,itlərin,pişiklərin və delfinlərin ortaq xüsusiyyətidir.Ortaq xüsusiyyət duyğusallıqdır.
  • Bu beyin anda yaşayar. Gələcək yoxdur. Bütün duyğuların gizləndiyi bir sistemdir. Plan qurmaz,gələcək üçün heçnə yaratmaz,dəyişimi sevməz. «Eynilik beynidir» seçimləri sevməz. Ya ağ ya qaradır.
  • Məsələn: Yeni iş qurmaq istəyirsiz. Ehtiyacınız olan cəsarət və sıçrayışdır. Ürəyinizdə bir səs «bu işə başlasan batarsan» deyer. Və ya bu sahədə uğursuz olan çəxsləri xatırlatmağa başlayar
  • Vizual beyin – Xəyal qura bilirəm.
  • Sadəcə insanda olan və digər məməlilərdən ayıran və emosional beyini əhatə edən sistemdir.
  • Gələcəyi yaradırır,xəyal quraraq görüntü yaratma bacarığı,seçim yaratma və planlama beynidir.

Görsəl beyninizə güvənin.

Qərar qəbul edərkən özünüzə bu sualı verin:

  • Bu yolu seçdiyim zaman həyatımda müsbət,daha məmnun edici və daha xoşbəxt edəcək nələr olacaq?
  • Fərz edin ki, indi bir adadasız. Xəyalınızda oranı görün. Bu xəyalı yaradan görsəl beyin sistemidir.
  • Gündəlik həyatımızda Özümüzün,qarşımızdakı şəxslərin hansı beynin kontrolu altında olduğunu necə bilərik? Suallarla:
  • Niyə bunu belə etdin?
  • Niyə çalışmadın?
  • Niyə kefsizsən?
  • Ürəyini sıxan şey nədir?
  • Ona niyə demirsən?
  • Xoşbəxt olmaqmı istəyirsən?
  • Necə hiss etmək istəyirsən?
  • Nə olsa sən elə hiss edərdin

bilərik.

Bu tip suallar əsasında hansi beynin kontrolunda olduğunu müəyyən edə bilərik.

 

Sol beyin

  • Sol – analitik beyindir.
  • Sol beyin sözlər və saylarla maraqlanır. Sağ beynə nəzərən keçmişin üzərində daha çox dayanır. Yeni fikirlərə açıq deyildir. Qoruyucu,mühafizəkardır. Ciddi qaydaları vardır. Soyuq,kəskin,məsafəli və sərtdir. Sol beyin bir şeyi anlamağa çalışarkən eyni zamanda ertələməyə də meyllidir. «Mən» mərkəzli olmağa meyllidir. Özünü xoşbəxt edəcək şeyləri önəmsəyir.

Sağ beyin

  • Sağ beyin emosionaldır. Sevgiyə, duyğuya görə qərar verir. Xəyalpərəstdirlər. Gerçəklərdən uzaq xəyallar qurmaq onların işidir. Emosional qərarlar verdikləri üçün bu qərarı inanaraq vermək istər. Sağ beyni daha çox üstün olan şəxslər iradələrinə duyğularını da qatarlar. Bir insanla iş görərkən,onun haqqında qərar verərkən ona qarşı duyğularını ölçü olaraq istifadə edərlər.
  • Sağ beyin hiss etmək üçün, sol beyin isə anlamaq üçün çalışır.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir