PLOV

Bibər və toyuqlu plov necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 015

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu dəfə bibər və toyuqlu plovun hazırlanma qaydasını təqdim edirik.

 

İçindəkilər

Toyuq budu – 6 ədəd

Zeytun yağı – 4 x.q.

Su – 1 stəkan

Pomidor püresi – 3 x.q.

Dolmalıq qırmızı bibər – 2 ədəd

Dolmalıq yaşıl bibər – 2 ədəd

İstiot – 1 ç.q.

Duz – 1 ç.q.

 

Hazırlanması

Ətləri iri-iri doğrayın, qaynadın. Bibərlərin tumlarını təmizləyin, yuyun və zeytun yağında bir neçə dəqiqə qızardın. Pomidor püresi və ədviyyatları da əlavə edin. Bu qarışıma toyuq ətlərini və bir az da toyuq suyu əlavə etdikdən sonra ağzını kip bağlayın bişirin. Plov da bişməyə yaxın zəfəran əlavə edin. Sonda isə plovun üzərinə bibərli toyuğu əlavə edib servis edin.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir