Bibərin sağlamlığımıza xeyri

Baxış sayı: 1. 878

Bibər süfrəmizə xüsusi dad və estetik gözəllik gətirməklə yanaşı, sağlamlığımızın da qoruyucusudur. Məsələn, həkimlər qırmızı bibərin xərçəngə qarşı böyük müqavimət yaratdığını qeyd edirlər. Onun tərkibindəki likopen maddəsi prostat ,pankreas və rəhm xərçəngi kimi xəstəliklərə qarşı olduqca təsirlidir. Qırmızı bibər antioksidant baxımından olduqca zəngindir və ürək narahatlığı riskini azaldır. Çəki salmaq istəyənlər üçün bibər gözəl vasitədir. Bibər bədən istiliyini artırdığına görə oksigenə ehtiyac yaradır. Bunun sayəsində çəkini nəzarətdə saxlamaq xeyli asanlaşır. Qırmızı bibərin tərkibində olan A vitamini gözlərə və immunitet sisteminə müsbət təsir göstərir. B vitamini isə beyin inkişafı üçün olduqca əhəmiyyətlidir. Maddələr mübadiləsinə təsir edir və zülalın enerjiyə çevrilməsinə kömək edir. E vitamini hüceyrələrin dözümlülüyünü artırdığına görə xərçəng yaranması potensialını azaldır. Qırmızı bibərdə C vitamini və kalium da boldur. C vitamini immunitet sistemini gücləndirir ,kalium isə infarkt riskini aşağı salır. Acı bibərin tərkibində ağrıkəsici maddələr də vardır. Harvard tibb məktəbindən olan amerikalı alimlər sübut etdilər ki, acı çili istiotun tərkibinə ağrıkəsici maddələr daxildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir