qadin

Bilirsinizmi bunlar niyə qiymətlidirlər?

Baxış sayı: 252

Ən bahalı kukla

2010-cu ildə oyuncaq istehsalçısı Mattel, avstraliyalı zərgər Stefano Kanturi ilə xüsusi bir kukla hazırladı. Həmin  “Barbie” kuklasının üzərində təkrarolunmaz  qara gecə paltarı və həqiqi çəhrayı, ağ bir karatlı brilyantlarla bəzədilmiş  boyunbağı var idi. Qeyd edək ki, bu kukla hərracda 302.500 dollara satılmışdı.

 

Ən bahalı reklam kampaniyası

2002-ci ildə Pepsi firması pop-müğənni Britni Spirsi öz məhsulunu reklam etmək üçün dəvət etdi. 90 saniyəlik video çarx üçün məşhur sərinləşdirici içki istehsalçısı gənc müğənniyə 7,53 milyon dollar pul ödəməli oldu.

 

Ən bahalı ayaqqabı

Sözün əsl mənasında  dünyanın ən bahalı hündürdaban  ayaqqabılarından biri  məşhur zərgər Styuart Vaytsman tərəfindən hazırlanıb. Dəyəri 1.6 milyon avro olan bu ayaqqabılar 642 rubin ilə bəzədilib.

 

Ən bahalı  heykəlcik

Əslində hansı oyuncağın məşhur olacağını müəyyənləşdirmək olduqca çətindir. Lakin elə oyuncaqlar var ki, onlar artıq tarixə düşüblər. Həmin oyuncaqlardan biri də  1940-cı illərdə  qısa müddət ərzində hər kəs tərəfindən sevilən “Superman” personajının şərəfinə hazırlanan orijinal heykəlcik idi. Qeyd edək ki, həmin heykəlcik auksiona çıxarılaraq, 25.000 dollara satılmışdır.

 

Ən bahalı alt geyimi

Dünyanın ən bahalı alt geyimi, daha dəqiq desək, busthalterin dəyəri təxminən 12,5 milyon dollardır. Məşhur  alman fotomodeli Xaydi Klum nu geyimi Nyu-Yorkun moda evlərindən birində baş tutan sərgidə nümayiş etdirib.

 

Ən bahalı gəlinlik

Dünyanın ən bahalı gəlinlikləri dizayner və böyük toy salonları şəbəkəsinin sahibi Reni Ştraus tərəfindən hazırlanır.

Onun zərgər Martin Kats ilə birlikdə hazırladığı bu  gəlinliyin qiyməti təxminən  12 milyon dollardır. Bu paltar dünyanın ən bahalı gəlinliyi kimi tanınmaqdadır. Paltarın üzərində saysız-hesabsız brilyant və almaz qaşlar vardır. Onların ümumi ölçüsü 150 karatdır. Gəlinliyə brilyant qaşlarla bəzədilmiş 1 cüt ayaqqabı da daxildir.

 

Ən bahalı kartof

Heç bilirdinizmi ki, dünyanın ən bahalı kartofu Fransada “La Bonnotte” sortudur. Bu kartofun  bir kiloqramı təqribən 500 avroya satılır.

 

Ən bahalı kostyum

Sən demə, dünyanın ən bahalı kostyumları amerikalı kosmonavtların kostyumlarıdır. Onların dəyəri təxminən  9 milyon dollardır.

 

Ən bahalı müsəlman geyimi

Məşhur İnglis modelyeri Debbi Vinghamın Dubayda  müsəlman qadınları üçün  dizayn etdiyi  ənənəvi “Abay” müsəlman geyimi bütün dünyada məşhur oldu. Həmin geyimin qiyməti təxminən  17,7 milyon dollardır. Qözəl qara kətan geyimin üzəri qızıl saplarla naxışlanmış və 2000 brilyantla bəzədilmişdir.Həmçinin paltarın yaradılmasında ağ, qara və ən nadir bahalı qırmızı brilyantlardan istifadə edilmişdir. “Abay” geyiminin təqdimatı Dubayda yerləşən  elit otellərdən birində keçirilmişdir.

 

Ən bahalı yemək qalıqları  

2000-ci ildə Nyu York radiostansiyası “Z-100”  Justin Timberlake ilə bir veriliş hazırladı. Söhbət əsnasında Timberlakın qarşısına iki dilim qızardılmış Fransız tostu qoyulmuşdu.

Bir müddətdən sonra  radiostansiya pop kumirinin yeyilməyən səhər yeməyini hərraca çıxardı. Qeyd edək ki, Justinin  19 yaşlı fanatı Kati Summers həmin yemək qalıqları üçün   1025 dollar ödəmişdi. Radiostansiya hərracdan əldə etdiyi  gəliri  xeyriyyə məqsədləri üçün xərclədi.  Lakin Summersin tostu yeyib-yemədiyi bir  sirr olaraq qalır.

 

Ən bahalı qəhvə növü

Dünyanın ən bahalı qəhvəsi kimi tanınan “ Kopi Luwak” sortu Sumatra adasında yetişdirilir. Çox maraqlıdır ki,  bir balaca ovuc qəhvə  təxminən 75 dollara satılır.

 

Ən bahalı ziyafət geyimi

Dünyanın ən gözəl ziyafət  geyimlərindən biri  Malaziyalı dizayner Faiyzali Abdullah tərəfindən dizayn olunub. Deyilənlərə görə, bu paltarın qiyməti təxminən  30 milyon dollardır. Tafta və ipəkdən tikilən dəbdəbəli geyim 751 brilyantla bəzədilib. Əsrarəngiz donu bəzəyən  ən böyük daşın çəkisi 70 karatdır. Dizayner işi olan bu  geyimə “Kuala Lumpura bülbülü” adı verilib. Paltar ilk dəfə 2009-cu ildə” STYLO Fashion GrandPix KL” festivalında   təqdim edildi.

 

Ən bahalı tualet kağızı

Adi insanların istifadə etdikləri ən ucuz əşya bəlkə də tualet kağızıdır. Amma avstraliyalı bir firmanın istehsal etdiyi qızıl örtüklü tualet kağızının  qiyməti 1,5 milyon dollardır. Bu qızıl örtüklü tualet kağızı sifariş edən müştəriyə bir şüşə çox bahalı şampan içkisi də  pulsuz hədiyyə olunur.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir