makiyaj

Bilmədiyimiz gözəllik hiylələri

Baxış sayı: 941

Bəzən makiyaj edərkən asan yollarla daha qüsursuz makiyaj etməyə çalışırıq. Bunun üçünsə sadə yollardan istifadə edirik. Beləliklə, xarici mətbuata istinadən, asan şəkildə edilə biləcək bəzi makyaj hiylələrini sizə təqdim edirik.

Alt kirpiklərinizə tuj çəkəndə  yayılmağını istəmirsinizsə, plastmas qaşığın arxa hissəsini kirpiyinizin altına qoyun.

Layner və ya qələmi səliqəli çəkmək istəyirsinizsə, gözün üstünə asan qoparıla bilən plastır yapışdırın. İşinizi bitirəndən sonra yavaşca çıxarın.

Göz ətrafının rəngini açmasanız, göz makiyajınızın solğun görünmək ehtimalı var. Bunun üçün ağ və ya bej rənglərdən istifadə edə bilərsiniz.

Köhnə tujunuzun fırçasını isti suyun altında tutun. Su şəffaflaşana qədər gözləyin və fırçanı yenidən öz qabına yerləşdirin. İsti suyun təsirindən tujunuz təzə kimi olacaq.

Gözlərinizin iri görünməsini istəyirsinizsə, içərisinə ağ qələm çəkin.

Tonal krem alanda rəng problemi yaşamaq istəmirsinizsə, onu yanağınızda deyil, boynunuzda sınayın.

Qaşlarınızın yuxarıya doğru qalxmağını istəyirsinizsə, altına ağ qələm çəkib barmağınızla yayın.

Əgər layneriniz gözünüzdə yayılırsa, onda istifadə etməzdən əvvəl kirşan vurun. Onda layneriniz yayılmayacaq.

Dodaq boyasının uzun müddət təravətli qalmağını istəyirsinizsə, boyanı çəkəndən sonra salfeti yüngülcə dodaqlarınıza toxundurun və üstündən kirşan vurun. Bu zaman dodaqlarınızın rəngi daha mat görünəcək və qalıcı olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir