meymun

Bilmədiyiniz, oxumadığınız, eşitmədiyiniz… – MARAQLI FAKTLAR

Baxış sayı: 458

Bəzən kiçik bir araşdırma apardıqdan sonra  tarixin tozlu səhifələrindən bu günümüzə gələn elə maraqlı faktlarla qarşılaşırsan ki, heyrətlənməmək olmur. Onların sayəsində insanlığın bir millətin, cəmiyyətin və dövlətlərin inkişafının müəyyən bir dövründə nələrin baş verdiyini anlamaq olur. Bu yazıda isə  sizin bilmədiyiniz maraqlı tarixi  faktları təqdim edirik.

uinston cORCIL

Tualetdə anadan olan nazir

Böyük Britaniyanın baş naziri Uinston Çörçillin anası onu qadın tualetində dünyaya gətirib. Bir məclisdə  özünü pis hiss edən qadın, insanlardan gizlənərək orada doğmaq məcburiyyətində qalıb.

 

Kələm şorbasının maraqlı tarixçəsi

Kələm şorabası bütün dünyaya Çindən yayılıb. Çin səddi çəkilərkən Çinin ilk imperatoru Şi Huandi kələmi şərabda isladaraq qullara yedizdirməyi əmr etmişdi. İmperator bunun qullara güc və dözümlülük verəcəyini düşünmüşdü.

01b36d0e166058488229279939610057937

Alınmayan təcrübə

Məşhur sovet bioloqu İlya İvanov ev heyvanları üzərində apardığı müxtəlif təcrübələri ilə məşhurdur. Lakin onun təcrübəsinin əsasında çarpaz yolu ilə insan və meymun hibridini yaratmaq olub. Belə ki, o, erkək meymun və qadın üzərində təcrübələr aparıb onları mayalandırmağa çalışsa da istədiyi nəticəni əldə etməyib. Onun təcrübələri siyasi tənqidə məruz qalıb və nəticədə İvanovu həbs ediblər.

 

62 rəqəmindən qorxan alim

Psixoanalizin atası Ziqmund Freydin heç kimin hələ də anlamadığı bir fobiyası var idi. Alim nədənsə  62 rəqəmindən çox  qorxurdu.

 

Gülləkeçirməyən jilet ne zaman yaranıb?

Gülləkeçirməyən ilk jilet 1920-ci ildə hazırlanmışdı. İlk belə jiletlərdən birini zabit Merfi öz əynində sınamışdı. Şahidlərin dediyinə görə, zabitə yaxın məsafədən tapançadan iki dəfə atəş açılmış, o isə gözlərini belə qırpmamışdı.

 

Bədən temperaturunun rekordu

Bu hadisədən çox az esidilsə də, lakin insan bədəninin ən yükək temperaturu 1980-ci ildə qeydə alınıb. Vaşinqton ştatının Atlanta şəhərində Uilli Cons adlı şəxs 46,5 dərəcə temperaturla xəstəxanaya gətirilib.Çox maraqlıdır ki,  xəstə sağ qalıb və 24 saat sonra xəstəxanadan evə buraxılıb.

 

Xüsusi təhlükəsiz tabutlar

XIX əsrdə insanlar diri-diri basdırılmaqdan qorxardılar. 1934-cü ilə qədər bəzi şirkətlər xilasetmə avadanlıqları ilə təchiz olunmuş xüsusi təhlükəsiz tabutlar istehsal edirdilər. Məsələn, mərhuma ip bağlanırdı, ipin bir ucu da tabutun yuxarısındakı zınqırova sarılırdı ki, ayılsa zınqırovu çala bilsin.

 

İlk saç geli

Orta əsrlərdə Yaponiyada qara uzun saçları yağlayıb arxaya daramaq dəbdə idi. O zaman gel icad olunmadığından insanlar da dövrün tələblərinə uyğun moda yaradırdılar. Yaponiyanın 4 bir yanını əhatə edən okeanlar bu xalqın bütün tələbatını ödəyirdi. Meduza isə saç üçün əsl möcüzə idi. Okeandan kiçik meduzaları tutur, əllərində əzir və saçlarına sürtərək onun parıldamasına səbəb olurdular.Beləliklə, Yaponiyada ilk saç geli yaranmışdı.

 

Bubon taunu xəstəliyi necə yaranıb?

Roma papası IX Qriqori inanırdı ki, pişiklər şeytan nəslindən törəyib. Buna görə də onları məhv etdirdi. Nəticədə siçanların sayı artdı və 100 milyon insanı məhv edən Bubon taunu ortaya çıxdı.

Stalin-Joseph-1930

“Doktorski” kolbasa yaranma tarixçəsi

Heç bilirdinizmi ki, bir çoxlarının sevdiyi”doktorski” kolbasaları 1936-cı ildə Stalinin əmriylə belə adlandırılıb. Bu kolbasalar I Dünya müharibəsində çar zülmünə qarşı  döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar üçün xüsusi işlənib hazırlanmışdı. Deyilənlərə görə, bir kiloqram kolbasanın tərkibinə təxminən 250 qram mal əti, 700 qram yarıyağlı donuz əti, 30 qram yumurta, 20 ml. inək  südü daxil idi.

 

Kəsilən ayağın mərasimi

11 dəfə prezident olmuş meksikalı general Lopes de Santa-Anna kəsilmiş ayağını böyük mərasim keçirərək dəfn etmişdi.

 

“Ginnesin Rekordlar Kitab”ına düşən manyak

Kolumbiyalı Pedro Lopes qəddar manyak kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb. O, 1983-cü ildə 110 qızın öldürülməsi ilə cinayət aləmində məşhurlaşıb. Ümumilikdə isə onun 300 adam öldürdüyü məlum olub. 20 yaşında həbs olunub, ruhi xəstə hesab olunaraq psixiatrik xəstəxanaya yerləşdirilib. 1998-ci ildə yaxşı davranışına və polislə əməkdaşlığa görə sərbəst buraxılıb. Hazırda onun yaşayış yeri gizli saxlanılır.

 

Qadınlara verilən cəza

Müstəmləkə dövründə ABŞ-da qadınlara doğum zamanı heç bir ağrıkəsici verilmirdi. Belə hesab edirdilər ki, doğum zamanı qadının yaşadığı ağrı ilk qadın Həvvaya görə verilən cəzasıdır.

 

Den “DB” Kuper və ABŞ aviasiya tarixində açılmamış yeganə cinayət – 200.000 dollar oğurlandı

24 Noyabr 1971-ci ildə Şükranlıq günündən bir gün əvvəl , Dan Kuper adlı bir sərnişin Portland şəhərində bir təyyarəyə minərək Sietlə doğru yola çıxdı.Təyyarədə hər kəsi girov götürən Den, dövlətdən 200 min dolların və 4 paraşütün Sietlə gətirilməsini tələb etdi. Əks halda o, çantasında olan bombanı işə salacaqdı.  Təyyarə enəndə cinayətkar  pilot, ikinci pilot və stüardessadan başqa bütün sərnişinləri sərbəst buraxdı.  İstədiyi pulu aldıqdan sonra  o, pilota Mexiko şəhərinə uçmasını əmr etdi. 3000 metr hündürlüyə qalxdıqdan bir müddət sonra Portlandın şimal-qərbində Kuper  paraşüt ilə tullandı. Bir daha heç kim onun haqqında eşitmədi.  1980-ci ildə çimərliklərdən birində təxminən 6000 dollarlıq  paket  tapıldı. Lakin burada  heç bir cəsəd tapılmadı. Bu cinayət işi hələ də bağlanmayıb. Qeyd edək ki, həmin bu cinayət ABŞ aviasiya tarixində açılmamış yeganə cinayətdir.

 

Tərləmədən əziyyət çəkən nazir

Uinston Çörçilin qəribə bir vərdişi var idi. O, hər gecə yataq dəstini dəyişdirməyi xidmətçilərindən tələb edərdi. Hətta onun gecələdiyi mehmanxanada otağa iki çarpayı qoyulardı. O, bir çarpayıda yatar, gecənin yarısı oyanıb ikinci çarpayıya keçərdi. Deyilənlərə görə, o, hiperhidrozdan ( aşırı dərəcədə tərləmədən) əziyyət çəkib və öz tərindən iyrənib.

7059b7de166058488219266227010653606

Ən irihəcmli vəsiyyətnamə

Ən irihəcmli vəsiyyətnamələrdən birini ABŞ prezidenti olmuş Tomas Cefferson tərtib etmişdir. O, vəsiyyətnaməsində mülkiyyətinin bölüşdürülməsi qeydlərdən yazılardan əlavə, ABŞ tarixindən məlumatları da qeyd etmişdir. Onun mülkiyyətindən pay gözləyən qohumlarına isə öz qullarını azad etməyənə kimi pul verilməyəcəyi şərti qoyulmuşdu.

 

Avropaya kartof və tütünü Volter Reyl gətirməyib

Deyilənlərə görə, Volter Reyl Avropaya kartof və tütünü gətirib.Lakin iddia olunduğu kimi, kartof və tütünü Avropaya ilk gətirən Volter Reyl olmayıb. O, 1586-cı ildə İngiltərəyə ilk dəfə kartof gətirsə də, 1585-ci ildə İspaniyada kəndlilər əkdikləri ilk kartofu yığmağa başlamışdılar. Tütün isə 1560-cı ildə fransız Jan Nikot tərəfindən Avropaya gətirilib. Məhz bu səbəbdən nikotin sözü onun familiyasından götürülüb.

 

Məbədin divarlarında  həbs olunmuş xain

B. e. ə. V əsrdə spartalı sərkərdə Pavsaniy vətənini farslara satır. Pavsaniyin xəyanəti sübut edilmiş və o, edam olunmağa məhkum olunmuşdu.  Afina ilahəsinin məbədində gizlənən  Pavsaniyi  məbədin daxilində öldürmək dinə zidd idi. Lakin spartalılar onu cəzalandırmağı çox istəyirdilər. Spartalılar həll yolunu Pavsaniyi məbədin divarlarına hörməkdə tapırlar.

 

Ən uzun hədiyyələr siyahısı

Stalinin 70 illiyinə bağışlanmış hədiyyələrin siyahısı elə uzun idi ki, onu qəzetlər 1949-cu ilin dekabrından 1953-cü ilin martınadək dərc etməli olmuşdular.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir