RULON

Bir-birindən maraqlı rulon aksesuarları – FOTOLAR

Baxış sayı: 789

Uşaqlarınızla əylənməyin təzə yolu tualet kağızı rulonu ola bilər. Salfet rulonu və rəngli lentlə əyləncəli qolbaqlar düzəldə bilərsiz. Rulonu iki yerə bölün, üzərinə rəngli lent yapışdırın. Daha sonra isə rulonu biləyinizə uyğun kəsib forma verə bilərsiniz. Qolbaqların sayını artıraraq uşaqlar üçün əyləncəli aksesuar halına gətirmək olar.

Kağız rulonları dəyərləndirməyin digər yolu isə quş yemlikləri hazırlamaq olar. Rulonun kənarlarına fıstıq yağı çəkib quş yemlərinə batırın daha sonra bu rulonu ağacdan asıb, quşları bəsləyə bilərsiniz.

Beləliklə, bir-birindən maraqlı rulon aksesuarlarını sizə təqdim edirik.

Rulondan raket hazırlamaq:

Bunun üçün rulonu konus formasında kəsilmiş kağızla bir araya gətirin, daha sonra isə üzərini rəngli kağızlarla bəzəyə bilərsiz.

Sadə qələmlə və bir az rəsm bacarığı ilə əyləncəli fiqurlar

Bəzəkli balıqlar düzəltmək üçün ehtiyacınız olan vasitələr, tualet kağızı, əl işi kağızı, iki tərəfi yapışqanlı lent, qayçı, ip və uzun bir çubuqdu. Rulonların üstünü bəzəyin, əl işi kağızları rulonun uclarına taxın. Dəftərxanalardan satın ala biləcəyiniz oynayan gözləri də rulona yapışdırın və bəzəkli balıqlarınız hazırdır!

Qələm, yapışqan və qayçı ilə rulondan əyləncəli maşın maketləri də hazırlaya bilərsiniz.

Rulonlardan qəhvə fincanı dəsti düzəltmək çox əyləncəlidir.

Rəngli qələm ilə bəzədilmiş rulonları fincan ölçüsündə kəsin və nəlbəki formasında kəsilmiş kartonun üzərinə yapışdırın. Qulplar üçün isə oval formada kəsdiyiniz kartonları fincana bərkidin və fincan dəsti hazırdır!

Rəngli qələmlərin gücündən faydalanın.

Fərqli ölçülərdə kəsilmiş rulonları boyayaraq uşaqlarınız üçün əyləncəli canavarlar düzəldə bilərsiniz.

12

11

10

9

5

3

2

4

1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir