sevgi

Bir-birindən uzaq olan cütlüklər münasibətlərini necə tənzimləsin? – “EvliSƏN”

Baxış sayı: 1. 739

“Gencaile.az” saytı bu gündən etibarən “EvliSƏN” rubrikasına start verir.  Əsas məqsədimiz isə oxucuları ailə həyatının dünəni, bu günü və sabahı haqda məlumatlandırmaq və bu mövzu ətrafında düşüncələri məşğul edən digər məqamlara toxunmaqdır. Beləliklə, əməkdaşımız Uğurun təqdimatında görüşünüzə gələcək “EvliSƏN” rubrikasında ilk olaraq bir-birindən uzaqda olan cütlüklərin yaşadığı çətinliklərdən və münasibətlərin necə tənzimlənməli olduğundan danışacağıq.

 

Ailənin uzun müddətli olmasının başlıca şərti sevgidir. Qarşılıqlı sevgi olmadan münasibətlərin sağlam şəkildə davam etməsi mümkün deyil. Amma bəzən iki sevgili müəyyən səbəblərdən bir-birindən ayrı qalmalı olur. Bəs görəsən, cütlüklər arasında məsafənin olması münasibətlərin davamlı olmasına nə dərəcədə təsir göstərir?

Related image

 

Münasibət yeni-yeni formalaşırsa…

Əgər bir-birindən uzaqda olan iki şəxsin sevgi münasibəti yeni başlayıbsa, bu sevginin gələcəyi tərəflərin nə dərəcədə sıx görüşmək imkanının olmasından asılıdır. Tez-tez birgə vaxt keçirmək onların bir-birini daha yaxından tanımasını şərtləndirəcək ki, bu da münasibətlərin davam etməsi baxımından önəmlidir. Əgər hər iki tərəf  sevgilisini düzgün seçdiyinə inanırsa və ən əsası bir-birindən uzaq olsalar da əlaqələrini davam etdirirlərsə, münasibətin sağlam təməllərə söykənməsində problem olması gözlənilən deyil.

Image result for aynı evde yaşayan sevgililer

 

Biri digərinin yanına köçməlidir

Sevənlərin bir-birindən uzaqda olması nə qədər çətin olsa da, onların qısa aralıqlarla görüşməsi və ən əsası nə vaxt görüşəcəklərinin əvvəldən müəyyən olunması tərəflərin münasibətlərinə müsbət təsir edir. Amma bununla kifayətlənməyənlər də yox deyil. Bu durumda isə tərəflərdən birinin digərinin yanına köçməsi mütləqdir. Yox, əgər tərəflər iş yerini və ya məktəbini dəyişdirmək, ailə və ictimai mühitdən uzaqlaşmaqda çətinlik çəkirlərsə, bu hal  münasibətlərin davamlılığını şübhə altına salmaqla yanaşı, tərəflərin depressiyaya düşməsinə də zəmin yarada bilər.

 

mesafe

 

Eyni evdə olmasa da, eyni şəhərdə

Əgər tərəflər bir-birinə yaxın şəhərlərdə yaşayırsa, bu onların vaxtaşırı birgə olmasına və dolayısıyla münasibətlərinin istiləşməsinə şərait yaradır. Üstəlik, bütün addımlarını birlikdə atmaq məcburiyyətində olmadıqları üçün özlərinə vaxt ayırmaq imkanları da olur. Yox, əgər tərəflər eyni şəhərdə və ya ümumiyyətlə eyni ölkədə yaşamırsa, bu ilişkinin davam etməsi çətin görünür.

Related image

 

Uzaqda olmağın üstünlükləri

Əgər sevgi münasibətində olan cütlüklərin uzaq məsafələri yaxınlaşdırmaq şansı yoxdursa, ən azı bunun üstünlüklərindən faydalanmaq lazımdır. Bir-birindən uzaqda olan sevgililərin münasibətlərinin davamı onların münasibətlərinin nə vaxtdan başlamasından, ayrı keçən illər ərzində nələr hiss etməsindən də az asılı olmur. Bir-birindən uzaqda olan cütlüklər münasibətlərin səviyyəsini düzgün təhil edə, ilişkinin davamlılığının nə dərəcədə mümkün olmasını müəyyənləşdirə və nəhayət bu münasibətlərinin davamını nə dərəcədə istədiklərini qətiləşdirə bilərlər.

 

UĞUR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir