1028501616

Bir şərh yazmaqla Xorvatiyaya səyahət qazana bilərsiniz

Baxış sayı: 1. 078

Dünyanın ən çox izlənən televiziya seriallarından olan “Game of Thrones”un (Taxt oyunları) finalını doğru təxmin edən şəxsə mükafat veriləcək.

“Unforgettable Croatia” (Unudulmaz Xorvatiya) adlı tur şirkəti serialdakı ipuclarını birləşdirən və taxta kimin çıxacağını doğru təxmin edən şəxsə Xorvatiyada lüks tətil vəd edir.

Xorvatiya serialın “Krallar torpağı”, Qart, Bravos, Vesteros Riverlands kimi əsas məkanlarına ev sahibliyi edir. Yarışmanı qalib bitirən şəxs də məhz bu məkanları gəzə biləcək. əlavə olaraq, qalib Split və Dubrovnik şəhərlərilə Hvar və Vis adalarını da görə biləcək. O, tətili boyunca 5 ulduzlu hoteldə qonaqlayacaq. Lakin beynəlxalq uçuş xərclərini özü qarşılayacaq.

14 aprel tarixində start götürən yarışma 5 may 23:59-dan etibarən dayandırılacaq. Yarışmaya qatılmaq üçün bu müddət ərzində tur şirkətinin sosial media hesabında finalın necə olacağı ilə bağlı ehtimalları bölüşmək lazımdır. Doğru cavabı verənlər arasından seçiləcək şanslı insan oktyabrda Xorvatiyaya gedəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir