Bir uşaq, yoxsa üç uşaq? – CÜTLÜKLƏRİN NƏZƏRİNƏ

Baxış sayı: 1. 515

Ailədə tək uşaq olmağın yaxşı və pis tərəfləri də var. “Gencaile.az” Aile.lent.az-a istinadən tək, yoxsa çox uşaqdan biri olmağın üstünlükləri və çatışmazlıqları haqqında bəzi maraqlı faktları aşkarlayıb.

Ailədə tək uşaq daim göz önündə, diqqət mərkəzində olur, ata-anası ilə doya-doya vaxt keçirir, onun istək və arzuları daha tez reallaşır, yüksək təhsil almaq kimi şansları var. Lakin böyüdükcə ailəsi də ondan daha çox şey gözləyir və onların ehtiyaclarını qarşılayacaq yeganə insan o olur.

Çoxuşaqlı ailənin övladlarından biri olmaq onu ana və atadan çox anlaya biləcək birinin yanında olması, özünə yaxın bir insanın varlığını bilməsi güvəni, məlumat və xəyal gücünü sürətləndirmək, hər zaman bir oyun dostunun olmasını bilmək kimi rahatlıq verir.

Bir fərdin dünyaya gəlməsinə yol açmaq, onun inkişafı və böyüməsini dəstəkləmək çətin və məsuliyyətli işdir. Müasir dövrdə ana-atalarımızdan öyrənərək uşaq böyütmək kifayət etmir. Övladınızı tanımaq, onu dinləmək bacarığı, danışmaq, ünsiyyət qurmağın yollarını öyrənmək, inkişaf xüsusiyyətlərini bilmək lazımdır. Uşağa bir fərd olaraq yanaşmaq, yaşına uyğun ünsiyyət qurmaq və onu anlamaq mühüm faktordur.

Müasir dövrün ağır şərtləri ilə yaşamalı olan cütlüklər övladları dünyaya gəldikdən sonra həyatlarının dəyişəcəklərini bilməlidirlər və mənəvi baxımdan buna hazır olmalıdırlar. Çünki övlad dünyaya gəldikdən sonra onlar bir çox şeylərdən imtina etməlidirlər. İlk və digər uşaqlardan sonra artıq həyatlarını fərqli yaşayacaqlarını bilməlidirlər. Bacı-qardaşlar arasında münasibətləri sakit və ağıllı formada qurmağı öyrətməyi, maddi imkanları uşaqların inkişafına dəstək olacaq şəkildə idarə edə bilməyi, əkiz olsa belə, hər uşağa fərd kimi yanaşmağı, onlara hörməti, uşaqlar arasında bacı-qardaşlıq hisslərini təmin etməlidirlər.

Ailədə iki övladdan biri olmağın da maraqlı tərəfləri var. Gecələr “qardaş (bacı), yatmısan?” deyə səslənmək, atanın verdiyi cib xərcinə qarışmaq, şokoladını ondan gizlətmək, ana-ataya qarşı birlik olmaq, eyni hissləri keçirməyi yalnız qardaşı və ya bacısı olan biri anlaya bilər. Bu qiymətsiz duyğular olmasa, uşaqlar arasındakı münasibətlər sağlam formada qurula bilməz, ailə başçıları tərəfindən düzgün idarə edilməzsə, bu rəngli tablo hər an pozula və ailədə gərginlik yarana bilər, ailə üzvləri arasında münasibət və ünsiyyət pozular, münaqişələr başlayar, ata-ana rəhbərlik mövqeyini itirər, uşaq qeyri-sağlam böyüyər.

Üçüncü övlad isə vəziyyəti 3 yox, 13 dəfə çətinləşdirir. Çünki ortancıl uşağın həm böyük, həm balaca mövqedə olması uşaqlar arasında vəziyyətin gərginləşməsinə və böyük övladın məsuliyyətinin ikiqat artmasına səbəb olur. Ən kiçik uşaq isə mühitdəki şərtləri qiymətləndirmə və boşluqları doldurma məsələsində ustalaşır.

Cütlüklərin çoxu ata-ana hissini yaşamaq istəyirlər. Bunu vəzifə olaraq deyil, məsuliyyət olaraq görmək lazımdır. Anadan olduqdan sonra ilk 6 ildə uşağın beyin inkişafının bir qisminin tamamlandığını və bu müddətdə hansı səviyyədə təhsil alıb-almamasından asılı olmayaraq ilk təməlin ailədən gəldiyini bilmək vacibdir. Bu günün balaca uşağının sabah böyüyəcəyini, bacı-qardaş kimi sağlam münasibətlər quracağını və bunu yaşlaşdıqdan sonra da davam etdirəcəyinə əmin olmaq, bu yöndə tərbiyələndirmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir