1-ci xanimlar

Birinci xanımların möhtəşəm zinət əşyaları – FOTOLAR

Baxış sayı: 1. 569

Bütün qadınların zəif nöqtələri eynidir. Və onlar arasında ən başlıcası zinət əşyalarına qarşısıalınmaz ehtirasdır. Vitrinə düzülmüş brilyantlar işığın altında bərq vuranda və cilalanmış qızıllar parlayanda qadınların ürək döyüntüsü sürətlənir, gözləri bərəlir və fikirləri dolaşır… Hətta ciddi siyasətlə məşğul olan xanımlarda da eyni hal yaşanır.

Bu yazıda oxucuları birinci ledilərin zinət əşyalarına qarşı olan ehtirasından söhbət açmışıq

.

Avropa və Amerika prezidentlərinin xanımları hansı zərgərlik markalarına üstünlük verir?

 

Zövq etalonu

Amerika prezidentlərinin xanımları arasında zəriflik və ideal zövq etalonu həmişə gözəl Jaklin Kennedi sayılıb. Öz seçimlərində o, demək olar ki, hər zaman məşhur “Van Cleef & Arpels” fransız zərgərlik evinə sadiq qalıb. Jaklin bu markanın bəzək əşyalarını misilsiz incəliklə taxırdı. Birinci xanım əlində 1960-cı illərin ruhunda sarı qızıldan olan axşam çantası gəzdirərdi, boynunda brilyant və yaqutlarla işlənmiş boyunbağı, yaxasına isə hind motivləri əsasında hazırlanan broş olardı.

Image result for Jacqueline Kennedy Jewelry

Bütövlükdə Jaklin Kennedi çox təmtəraqlı bəzək əşyaları taxmağı xoşlamırdı. Onun fotolarına baxsaq, bərq vuran zinət əşyalarına rast gəlmərik. Birinci xanımın sevimli aksessuarı tez-tez taxdığı eleqantlıq nümunəsi hesab edilən mirvari boyunbağısı idi. Maraqlısı budur ki, Jaklin Kennedinin sağlığında boyunbağısının həqiqiliyinə dair heç kəsdə şübhə yaranmamışdı. Yalnız onun ölümündən bir neçə il sonra taxdığı boyunbağının əsil deyil, saxta olduğu məlum olur. Nyu-Yorkun Sotsbi hərracında 225 000 dollara satıldıqdan sonra ekspertlər boyunbağının əsl mirvaridən hazırlanmadığını və bir zamanlar cəmi 80 dollara alındığını müəyyən ediblər.

Image result for jaklin kennedy jewelryImage result for jaklin kennedy jewelry

Image result for jaklin kennedy ring

Deyilənlərə görə, Jaklin Kennedinin ən dəyərli əşyası Con Kennedinin 1963-cü ildə Nyu-Yorkda məşhur zinət əşyaları brendi “Van Cleef and Arpels”-ə sifarişlə hazırlatdırdığı kunzit daşlı üzüyü olub. Bu üzüyü bir ədəd iri kunzit daşı və onu əhatələyən iyirmi ədəd kiçik almaz bəzəməli idi. Deyilənə görə, Con Kennedi Cekinin çəhrayı rəngi sevdiyini və kunzitin insana pozitiv enerji verdiyini nəzərə alaraq, üzüyün məhz bu daşla bəzədilməsini istəyib. İyirmi almaz isə Con Kennedinin həyat yoldaşı geridə qoyduğu 10 ilə və onunla birlikdə arzuladığı qarşıdakı daha 10 ilə işarə olub.

Təəssüf ki, Con Kennedi vaxtsız ölmü (qətli) ilə həmin üzüyü arvadına verə bilmir. Ancaq katibəsi üzüyü Cekiyə təhvil verib. Ərinin ölümündən sonra düz bir il yas saxlayan, dəvətlərdə iştirak etməkdən və zinət əşyaları taxmaqdan imtina edən Ceki həmin üzüyü daim ovcunda sıxaraq ondan mənəvi güc alıb.

Image result for jaklin kennedy Marguerite ring

Stil ikonasının ikinci həyat yoldaşı, məşhur milyarder – Onasis Aristotel nişan və toy hədiyyəsi kimi Jaklinə sonsuz sayda qızıl-zinət əşyaları hədiyyə edib. Onlar arasında sarı qızıldan və zümrüd damcıları olan 132 karatlıq boyunbağı, ətrafı brilyantlarla əhatələnən zümrüd qaşlı “Marguerite” üzüyü, yaqut sırğaları və s. olub.

Milyarderin Jaklinə hədiyyə etdiyi məşhur nişan üzüyü

Image result for jaklin kennedy Marguerite ring

Image result for jaklin kennedy jewelry

Siyasi qərarların rəmzi

Image result for mishel obama Jewelry

Jaklin Kennedidən sonra Ağ evin  “ikona hökmdarı” kimi Mişel Obamanı misal göstərmək olardı. O mirvari muncuqları, böyük sırğaları çox sevir, amma onun əsl ehtirası yaxa sancaqlardır. Mişelin Barak Obamanın prezidentliyi dönəmində demokratların Milli qurultayına taxdığı firuzəyi qaşlı gümüş sancağı xüsusilə yadda qalmışdı. Bu bəzək əşyası “Erickson Beamon” şirkətinin istehsalıdır. Şirkətin məhsulları vintaj tərzi ilə seçilir və bəzən nənələrin mücrülərində olan qədimi qızıl-zinət əşyaları xatırladırdı. Onlar nəinki Mişel Obama, Madonna, Şer, Nikol Kidman, Keyt Moss, Kortni Lav və Milla Yovoviç kimi məşhurlar da laqeyd qala bilmir.

Мишель Обама

“Erickson Beamon” son dəbdə olan bijuteriyalar yaradır. Dizaynerlər füzyon (iki müxtəlif üslubun vəhdəti) tərzində zinət əşyaları yaratmaqla müxtəlif materialların eksperimentini həyata keçirir. Məsələn, brilyant, yaqut, sapfir və dəniz sahilində tapılan balıqqulağılarının sintezi nəticəsində inanılmaz bəzək əşyaları düzəldirlər.

Yeri gəlmişkən, qeyd edək ki, sancaq siyasi arenada daha bir amerikalı məşhur xanımın əsil ehtiras predmeti olub. Keçmiş dövlət katibi Madlen Olbrayt uşaqlıqdan sancaq kolleksiyası yığıb. Bu və ya digər sancağı taxaraq, Olbrayt həmişə bəzək əşyasını siyasi intriqaların özünəməxsus rəmzinə çevirirdi. Məsələn, İraq nümayəndə heyəti ilə danışıqlarda madam sinəsində ilan şəklində sancaq taxıb. Bu da danışıqların iraqlılar üçün uğursuzluqla başa çatması ilə nəticələnib.

Image result for Madlen Olbrayt bro

Related image

Related image

Bəs Avropada necədir?

Avropanın birinci xanımlarına gəldikdə burada əsas vəzifə “yerli istehsalı dəstəkləmək”dir. Belə ki, Almaniya kansleri Angela Merkel “Schoeffel”in valehedici mirvari bəzək əşyalarını taxır.

Related image

Fransanın sabiq prezidenti Nikola Sarkozinin xanımı Karla Bruni isə “Bvlgari”, “Chaumet” və “Dior”a üstünlük verir.

Related image

İspaniya kral sarayının dəyişilməz rəsmi zərgər evi və əfsanəvi “Carrera y Carrera” şirkətini xatırlamamaq olmaz. Məhz bu marka İspaniyanın bütün əyalətlərinin rəmzi sayılan Qələbə Qılıncını və İspaniya kral ailəsinin Belçika kraliçası Fabiolaya hədiyyə etdiyi brilyant, yaqut, zümrüd və sapfirlərlə hazırlanan gözəl tacı bağışlayıb.

Image result for belgia Fabiola

Rusiya mirvarisi

Rusiyada uzun müddət birinci xanımların bahalı zinət əşyaları taxması yolverilməz hal olub. Çünki bu, “çürüyən kapitalizm” rəmzi kimi qəbul olunub, lakin qiymətli hədiyyələr əvəzinə Faberjenin yumurtaları istifadə edirdilər. Hər halda o vaxtdan illər ötüb və buzlar çoxdan əriyib. Sözsüz ki, bu gün rus qadınları siyasətdə təkcə intellektləri ilə parlamır. Məsələn, Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko həmişə bahalı zinət əşyaları taxır. Valentina obrazını yaxa sancaqları, zümrüd boyunbağısı, qızıl bilərzik, həmçinin “Cartier” saatları ilə tamamlamağı sevir.

Image result for Валентина Матвиенко

Image result for Валентина Матвиенко

Rusiyanın keçmiş birinci xanımı Svetlana Medvedeva zərifliyini mirvari boyunbağı ilə vurğulamağa üstünlük verir. Onun nəcib fil sümüyü rəngli mirvariləri xüsusilə də təqdirəlayiqdir.

Image result for Светлана Медведева

Lyudmila Aleksandrova ərinin birinci hakimiyyəti dövründə öz üzərinə düşən vəzifələri və protokol üzrə tələb olunan bütün funksiyaları yerinə yetirirdi. Onu həqiqətən də dünyanın ən sadə birinci xanımlarından biri elan etmək olar. Bahalı daş-qaşı, dəbdəbəli zinət əşyalarını onun üslubuna tamamilə yad detallardır. Çünki o, ölkənin birinci xanımı olmağına baxmayaraq, bərbəzəyi ilə diqqət çəkməyi sevməyib. Adətən bir cüt mirvari sırğa ilə kifayətlənib.

Related image




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir