Sibel Mercan

Birinin intihar edəcəyini necə bilək? – Türkiyəli psixiatrla MÜSAHİBƏ

Baxış sayı: 1. 594

Son günlər səhəri demək olarki, intihar xəbərləri ilə açırıq. İntihar edənlərin yaşının azlıgı isə daha bir üzücü xəbərdi. Axı gənc yaşda insanlar niyə intihar edir?

Türkiyəli psixiatr Sibel Mercan intihar səbəbləri ilə baglı bizi narahat edən bir neçə məsələyə aydınlıq gətirib.

 

– İnsanlar niyə intihar edirlər?

– İnsanlar tez-tez hiss etdikləri güclü daxili sızıntılarını aradan qaldırmaq üçün intihar edirlər. İntihar yardım üçün fəryaddır əslində. İnsanlar ümidsizlik içində olurlar, başqa variantların olmadığını düşünürlər və onların içində olan emosionallıq digər variantları görməyə imkan vermir. Əslində bu insanlar fərqli düşünə, gərginlik və çarəsizlik hissindən başqa bir yol tapa bilərlər. Əgər içlərindəki ağrını azaltsalar, intihara cəhd edənlərin böyük hissəsi ölməz.

 

–  İntihar edənlərin psixi problemləri varmı?

–  Qeyd edək ki, intihara cəhd edən insanların əksəriyyətində diaqnoz edilə bilən psixiatrik bir xəstəlik yoxdur. Bu insanların digər insanlardan fərqi o anda özlərini  tək və köməksiz hiss etmələridir.  Onlar yalnız son zamanlar yaşadıqları acı hadisələri düşünürlər və bunun təsirindən çıxa bilmirlər.  Ümumiyyətlə, bu insanlar çox vaxt onları dəli və ya psixi xəstəlikli insan kimi tanıyacaqlarından qorxaraq hislərini gizli saxlayırlar. Koməkdən qaçırlar. İnsanların önyarğıları onları köşəyə sıxır. İntihar etməyə cəhd edən və ya bu fikirlərə tutulan insanlar üzündə bir məzlumluq olur. Depressiyaya duşurlər.  Səbəbi  həyati problem ola bilər, depressiya bu travmatik hadisəyə cavab olaraq inkişaf edir. Bəzən deyilir,məsələn, bir problemi yoxdursa, nədən depressiyaya düşdü, intihar etdi? Heç bir mühüm hal olmadan depressiyaya düşə bilinir. Ona görə depressiyaya düşən insanlar mütləq tibbi dəstək almalıdırlar. Nə olursa olsun, depressiya diaqnoz edilə biləcək bir narahatlıqdır.

 

– İnsanalar intihar edir və biz onların haqqında danışırıq. İntihar edən insanlar haqqında danışmaq intihara səbəb olur?

– İnsanlar intihar barədə danışarkən intihar etməyə qərar vermirlər. Belə niyyətləri olub-olmadığını soruşduqda, onların intihar cəhdini xatırlatmır. İntihar düşüncəsi bu insanlarda  yoxdur. İntihar düşüncəsi olduğundan şübhələnildiyiniz zaman o şəxsdən “bəli”vəya“xeyr”şəklində açıq bircavab alına bilməz. Ancaq qeyd etmək lazımdır ki, intihar üsulları barədə danışmaq təhlükəlidir. Bir yaxınınızın intihar edə biləcəyindən sübhələnirsinzsə, o zaman o dostun və ya yaxının dərdini öyrənməli və problemini həll etməlisiniz. Mütəxəssilərdən yardım almalısınız.

 ms

–  İnsanlar intihara necə qərar verirlər?

– Hər kəsin stresslə mübarizə üsulu fərqlidir. Ümumiyyətlə, bir problem ortaya çıxdığında onunla öz üsulunu istifadə edərək, baş edilə bilər. Ancaq həyatda elə dövrlər var ki, adamın stresslə baş etmə üsulları bütün bu problemlərin öhdəsindən gəlməyə kafi olmaz. Stressli həyat hadisələri şəxsdə fərqi dəyişir. Bəziləri üçün əhəmiyyətli olmayan bir problem digərləri üçün çox əhəmiyyətli həyat problemi olaraq görülə bilər. İntihar riskini artıran əhəmiyyətli həyat hadisələri belə yekunlaşdırıla bilər:

İnsan əlaqələrində problem yaşama, əhəmiyyətli birxəstəliyə tutulma və ya bir orqan itkisi, ailə üzvlərindən birinin başına ciddi bir hadisənin gəlməsi, məktəbdə, işdə və ya evdə ciddi  problemlə qarşılaşma, iqtisadi problemlər, sevilən birinin ölməsi, önəmli  bir əlaqənin pozulması, işdən çıxarılma, ümidlərin itməsi , adamın özünə hörmətini itirməsi, romantik, fiziki, ictimai və ya cinsi zədəyə uğrama, digər insanlar tərəfindən laqeyd edilmə və s…

 

– Birinin intihar düşüncəsi olduğunu necə bilək?

– İntiharı düşündüyünü bilən və ya bilmədən bu düşüncələr ətrafındakı bəzi göstəriciləri verən insanlar var. Ancaq ifadəyə baxaraq, bu insanların intihar edəcəyini söyləmək yanlış olardı.

 

Amma aşağıdakı halları müşahidə etsəniz, diqqətli olmalısınız:

Ailə və cəmiyyətdən ayrılma, depressiya (maraq və iradənin olmaması, yuxu və iştah pozğunluğu, diqqət çətinliyi, unutqanlıq, qıcıqlanma, tez-tez ağlama, zəiflik, yorğunluq, ləyaqətsizlik), ümidsizlik, çarəsizlik, eyni zamanda səbəbsiz halallaşma və ya ailə üzvləri ilə vidalaşmaq…

 

–  İntihar etməyə hazırlaşan insanlara necə kömək oluna bilər?

– Birincisi, bu insanların intihar düşüncələrinə sahib olub-olmadığını anlamalıyıq. Əgər belə bir düşüncəniz var saki, o, intihara hazırlaşır və ya bu şəxs açıqca danışdısa, ən yaxşısı bir mütəxəssisə müraciət etmək lazımdır. Bu şəxsin sirlərini gizli tutmaq və onları qorumaq düz deyil.  Bu ucuz qəhrəmanlıqdan başqa bir şey deyil. Bilirsiniz ki, həmin insanlar özlərinin intihar əhval-ruhiyyəsindən xilas olduqları zaman bu fikirlərin qeyri-adekvat və absurd olduğunu başa düşürlər. Əhəmiyyətli olan bu kəslərin gərginlik və stress dövründə intihara cəhd etməsinin qarşısını almaq və normal vəziyyətə qədər onları dəstəkləməkdir.

İntihar cəhdindən xilas olan insanlarla psixiatrik danışıqlardan sonra onların əksəriyyətindən ölməyəcəyi və yaşamaqdan çox xoşbəxt olduqlarını eşidirik.

 

 – İntihar edənlər ailələləri və yaxınlarıdan küsürmü?

– İntihara cəhd edən insanlar ailədə heç kimin onlara qayğı göstərmədiyini düşünür. Amma əskinə, intihar edən insanlar cəhdləri alınsın, ya alınmsın ailələrinə böyük zərbə vururlar. Ailələri və yaxınları kədərlənmə ilə yanaşı, təqsir, təəssüf və qəzəb kimi müxtəlif emosional hislərə qapılırlar.  Onlar cəmiyyətdən uzaqlaşmağa çalışırlar. Başqalarına zərər vermə düşüncəsi intihardan sonra buraxılan ən qorxulu izdir…

 

Məhsəti Şərif




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir