metbex

Bişmiş tərəvəzlərin dadını necə artırmalı?

Baxış sayı: 1. 323

Bişirmənin və buğa vermənin ənənəvi yolu sevimli bitkiləri və ədviyyatları əlavə etməkdir. Xüsusilə, təzə bitkilər və qurudulmuş ədviyyatlar. Onların aroması (iyi) qaynadılmış tərəvəzlərə əla hopur.

Reyhanın intensiv qoxusu var. Onu İtalyan yeməklərinə vururlar. Pendirin, sendviçlərin, salatların və balıq yeməklərinin dadını artırmaq üçün ondan istifadə edə bilərik. Pomidorlu yemək hazırlayırsınızsa, reyhan ən yaxşı seçimdir.

Kəklikotu ərzağın dadını artırır, eyni zamanda səhhətinizi möhkəmləndirir. Misal üçün, onu nəfəs yolları problemlərində tövsiyyə edirlər. Kəklikotu Fransız mətbəxində geniş istifadə olunur. Onu ət, venision (maral əti), noxud supu və balıq yeməklərinə əlavə edirlər.

Rozmarinin yapışqan qoxusu və xoşagələn, nisbətən acı dadı var. Bu, onu ət, balıq, düyü yeməklərinə, suplar və salatlara mükəmməl əlavə edir. Dünya mətbəxlərinin bir çoxunda yemək hazırlamaq üçün mükəmməldir, çünki öz dadını bütün yeməklərə- sup və şirniyyatlara çıxarır.

Bişmiş tərəvəzlərin dadı da onların əlavəsindən çox asılıdır. Özümüz hazırladığımız sousların dadı daha yaxşı olur. Yeganə sual odur ki, yeməyimizdə hansı sousdan istifadə edək? Seçim, sousu əlavə etdiyimiz qidadan asılıdır. Ən məşhur və universal əlavələr- sarımsaq əzməsi və çatçiki (tzatziki) sousudur.

Bişmiş tərəvəzlərin dadını necə artırmalı?

Yeməklərinizdə ədviyyatlardan istifadə edin və onların necə mükəmməl dadlandığını görün.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir