Valideyn

Bizdə olmayan “ATALAR GÜNÜ” nə vaxt və kim tərəfindən qeyd olunub?

Baxış sayı: 7. 068

Dünən Türkiyədə “Atalar günü” qeyd olundu. Hamımız həvəslə həmin bayramın keçirilmə formasına, təbriklərə, dünyanın ən yaxşı atasının kim olmasına qulaq asdıq.
Maraqlıdır, dünyada keçirilən bu bayramın tarixçəsinə nəzər saldı. İlk dəfə nə vaxt və kim tərəfindən qeyd olunub?

Əslinə baxsaq, Atalar Gününün ortaya çıxmasına aid edilən iki fərqli hadisə var. İkisi də 1900-cü illərin əvvəllərində ABŞ-da baş verib və hər iki hadisədə də Atalar Günü fikrinin ideya müəllii qadınlardır. Birinci hekayəyə görə, Atalar Gününün arxa planında qorunc bir iş qəzası var. Vest Virginia ştatında yerləşən bir kömür mədənində, 1907-ci ilin dekabr ayında bir partlama baş verib və 362 nəfər işçi həyatını itirib.
1908-ci ilin 5 iyulunda isə Vest Virginiada yaşayan Grace Golden Clayton adlı bir qadın, daim getdiyi kilsənin keşişinə təklif edir ki, sözügedən mədən partlamasında həyatını itirən ataları yada salmaq üçün özəl bir ayın keçirsin. Bu da tarixdəki ilk atalar günü qutlanması olur.
İkinci hadisə isə bundan təxminən iki il sonra Vaşinqtonda yaşanır. Sonora Smart Dodd adlı bir qadın kilsədə Analar Günü ayinini dinlədiyi vaxt ataların da analar qədər tərifi haqq etdiyini, onlara aid özəl bir günə ehtiyacları olduğunu düşünüb, hərəkətə keçir.
Sonoranın belə düşünməsinin çox keçərli səbəbləri var. Amerikada bir daxili müharibə qazisi olan atası Villiam anası altıncı uşağını dünyaya gətirərkən həyatını itirdiyi zaman onlara tək başına həm analıq, həm də atalıq edib. Həm öz atasına, həm də onun kimi başqa atalara vəfa borcunu ödəmək istəyən Sonara Atalar Günü üçün Villiam Doodun ölüm ildönümü olan 5 iyun tarixini təklif edib. Amma hazırlıqlar heç cür çatmadığı üçün qutlama və anmalar iyunun üçüncü bazar gününə qalıb. (1910-cu ildə bu tarix 19 İyun imiş)

Bu cür yerli qutlamalar 15 il boyunca davam edərkən, 1924-cü ildə ABŞ prezidenti Kelvin Koolidge, bu günün beynəlxalq bir tətil olmasını gündəmə gətirib. Ancak 1966-cı oldə Lyndon B. Johnson’ın imzaladığı bir qərarnaməyə qədər bu durum rəsmiyyət qazanmır. Johnson iyunun üçüncü bazaar gününü atalar günü elan edərkən, sözügedən tarii beynəlxalq günlər arasına qatan 1972-ci ildə Nikson iqtidarı olur.

 

DÜNYADA VƏZİYYƏT NECƏDİR?

Türkiyə də daxil olmaqla çox sayda ölkə ABŞ-ın bu seçimini qəbul edib. Ancaq çox başqa tarixlərdə Atalar Gününü keçirən ölkələr də bar. Məsələn, qonşumuz İranda 14 mart, Ağdənizin bir çox ölkəsində 19 mart, Avstraliya və Yeni Zelandiyada sentyabrın ilk bazaar günü, Taylandda isə 5 dekabr Atalar Günü olaraq keçirilir.
Gördüyünüz kimi, ildə bir dəfə dünyanın bir çox ölkəsində qutlanan bu bayramın olduqca dərin kökləri də var. Amma təəssüflər olsun ki, bizdə belə bayram yoxdur. Bəs Azərbaycan ataları bu bayramı haqq etmirmi?
Təbii ki, bütün məsələlərdə olduğu kimi, bu məsələdə də ümumiləşdirmə aparmaq olmaz. Azərbaycanın ailə institutu, atalar barədə birmənalı fikir yoxdur. Doğrudur, Azərbaycan ataları öz fədakarlığı, ailə institutunu qorumaq üçün əlindən gələni etməklə yanaşı, zaman-zaman qəddarlığı ilə seçilir. Son illər criminal xronika daha çox qəddar ataların qətl hadisələri ilə dolub-daşır. Boşandığı həyat yoldaşı ilə yanaşı, uşaqlarını öldürən atalardanmı danışaq, yoxsa uşağını ac qoyub, qapını da arxadan bağlayıb gedən “atalar”danmı?
Sosioloqlar hesab edir ki, bu məsələdə ümumiləşdirmə aparmaq mümkün deyil. Amma sözün böyük mənasında götürəndə Azərbaycan ataları fədakarlığı, övladı üçün hər cür çətinliyə getməsi ilə fərqlənir. Məhz buna görə də illərdir, ölkəmizdə ailə institutu modeli belə qurulub – atalar işə gedir, pul qazanır, analar isə evdə, uşaqların tərbiyəsi ilə məşğul olurlar. Bu nə dərəcədə effektli modeldir, onu da zaman göstərəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir