cimmek

Bizi bu şeylər öldürürmüş

Baxış sayı: 1. 495

Hər gün etdiyiniz gündəlik yaşam tərzi sizi yavaş-yavaş öldürə bilər.  Baxın bu vərdişlərinizdən uzaq durun!

Oturaq işdə işləmək:Gündə 6 saatdan çox oturursunuzsa ürək xəstəliyi riski 100-də 64 faizdir.

Kompüterdən istifadə: Kompüterdən istifadə sağlamlığa zərər verir. Ekran parlaqlığı göz yorğunluğu və baş ağrısına gətirib çıxarır. Ayrıca bəzi kompüterlərdə əsəbi yorğunluğa səbəb olan toksinlər var.

Hər gün çimmək: Hər gün isti suyla çimmək və dərinizi ovmaq, dərinizin nəmini itirər. Bu da sizi daha tez qocaldar.

İsti suda və uzun müddət duş almaq: Dərimizin gigiyenası üçün aldığımız duş kefini uzatdığımız zaman dərimizdə problemlərə səbəb ola bilir. Xüsusilə qış aylarında dərimizin quruluğa meylli olduğu dövrdə, uzun davamlı duşda qalmaq dərinin qoruyucu lipid təbəqəsini pozar və müdafiəsiz hala gətirər. Qoruyucu təbəqəsi ziyan görən dəri zərərli mikroblarla  daha da tez örtülər. Əvvəl quruluq daha sonra qabıqlanma və qızartı ilə gedən kosmetik dəyişikliklər müşahidə oluna bilər.

Saç qurutmaq: Saçları tez-tez fenlə qurutmağınız sağlığınıza ziyan vurur. Elektromaqnetik radiasiya yayan fen, kompüter, televizor, mikrodalğalı soba kimi elektromaqnit şüasını yayan cihazlar toxuma hüceyrələrinin kimyəvi quruluşunu pozar, hüceyrələrdəki böyük molekulların zərər görməsinə, hüceyrə pərdələrinin bir-birinə yapışmasına, hüceyrə ion tarazlığının pozulmasına, sinir sisteminin zəifləməsinə, beyinin elektrik işarəsinin dəyişməsinə, ayrıca, yuxusuzluq, baş ağrısı və baş gicəllənməsinə səbəb ola bilər. Bütün bunların yanında radiasiyanın yaddaş itkisi, sinir və qan dövranı sistemi pozğunluqları, immunitet sisteminin zəifləməsi kimi ziyanlara yol açdığı da iddia edilir.

Qələm dişləmək: Stressdən bu hərəkəti edə bilərsiniz, amma heç də etibarlı olmadığını söyləyək. Qələm dişləmək dişlərinizə zərər verir, mövqelərinin sürüşməsinə gətirib çıxara bilər.

Günəş kremində istifadə etməmək: Çölə çıxarkən günəş kremi çəkməməyiniz dərinizə zərər verir. Günəş kremi yalnız dərinizi günəşin zərərli UB şüalarından qorumaqla qalmaz, dərinizin gənc görünməsinə də kömək edər.

Az su içmək: Gündəlik maye ehtiyacı adamdan adama və fəaliyyətə görə dəyişgənlik göstərsə də alınması lazım olandan az olasa bütün sistemlərdə olduğu kimi dərimizdə də mənfiliklər müşahidə edilməkdədir. Su maddələr mübadiləsinin davamı və toksinlərin atımı üçün çox xeyrlidir. Bu funksiyaların kifayət qədər olmadığı vəziyyətlərdə toksinlərin atıla bilməməsi ilə bağlı dəridə mat görünüş, dərinin nəmini itirməsi səbəbindən gərginliyində azalma və qırışların artması müşahidə olunur.

Sürəti artıraraq qaçmaq: Sürətinizi artıraraq qaçmaq, ziyanı daha çox dizlərdə artrit (bədən tərəfindən əmələ gələn bir iltihab) riskini artırır.

Popkorn yemək: Film izləmə kefini ikiyə qatlayan qarğıdalı yemək, dişlərinizə zərər verə bilər. Popkorn dişlərinizin arasına sıxışaraq infeksiyaya yol aça bilər. Ayrıca quru yemiş yeyərkən də diqqət etməlisiniz. Əgər dişləriniz həssasdırsa, quruya yemişi dişləyərkən dişlərinizi çartlada bilər.

Corabla yatmaq: Yatağa corabla girmək, yalnız dəri hüceyrələrini deyil, beyin hüceyrələrini də birləşdirən  bədəndəki hüceyrələrin qaz mübadiləsini mane olar.

Sızanaqları sıxmaq: Sızanağı sıxmaq qızarıqlıqdan tez bir şəkildə xilas olmaq üçün edilən, ancaq doğru olmayan bir davranışdır. Qara nöqtə, iltihablı şişkinlikləri ya da kistik sızanaqlar şəklində ola bilər. İltihablı sızanaqların professional olmayan şəxslər sixsa daha da böyüməsinə və iz qalmasına səbəb olur. Xüsusilə üzün, burunun üzərində qalan qismində sızanaqların sıxılması beyin pərdəsində iltihaba səbəb ola bilər. Qara nöqtələrin mexaniki təmizlənməsi isə kosmetoloqlar tərəfindən xüsusi alətlər istifadə etməklə  təmizlənə bilər.

Çalışın bu göstərilən vərdişlərdən uzaq durun. Sağlamlığınızın qeydinə qalın




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir