telefon

Bizi “satan” mobil vasitələri “zərərsizləşdirməyin” yolları

Baxış sayı: 813

Dünyada tez-tez telefonların dinlənilməsi, yeni texnologiya uğuru olan mobil vasitələrə casus proqramı vasitəsilə nəzarət edilməsi barədə xəbərlər dolaşır. Yəni texnologiya nə qədər inkişaf edirsə, yeni telefonlar istehsal edilirsə, biz bir o qədər çatımlı oluruq. Hətta dünyanı idarə edən liderlər belə bu təhlükədən sığortalanmayıblar. Onların telefon danışıqları belə hansısa formada dinlənilir, izlənilir. Bəs bunun qarşısını almağın yolları nələrdir?

 

Şifrəni necə seçək – 4 hərfdən daha uzun…
Öncə brauzer təhlükəsizliyindən danışaq. Mobil telefonumuzda internetdən istifadə edərkən brauzer tarixçəsini izləyən funksiyalar var. Bu funksiyalar istifadə etdiyiniz saytları daha rahat tapmağımıza kömək edir. Belə funksiyaların istifadəsinin qarşısını almaq üçün Settings Safari Block Cookies bölməsinə daxil olub, istədiyiniz funksiyaları dəyişdirə bilərsiniz.

Saxta veb saytlara daxil olmanın qarşısını almaq üçün Fraud Warning bölməsini aktivləşdirə bilərsiniz. Bundan əlavə, Safari parametrlərinin əsas bölməsindən yaddaşda qalan istifadəçi adlarınızı, şifrələrinizi və kredit kartlarınızda dəyişikliklər edə bilərsiniz.
İnsanların şəxsi məlumatlarınızı ələ keçirmək üçün istifadə edilən ilk şey şifrənizdir. Bunun qarşını almaq üçün şifrə seçərkən 4 simvoldan daha uzun şifrə seçmək lazımdır. Simvollarda həm hərflərdən, həm də rəqəmlərdən istifadə etmək tövsiyə olunur. Güclü şifrələmədən başqa Touch ID funksiyasından da istifadə edərək şəxsi məlumatlarınızın təhlükəsizliyini tam təmin edə bilərsiniz. Touch ID funksiyasını aktivləşdirmək üçün Settings Touch ID & Passcode bölməsinə daxil olub iPhone Unlock funksiyasını aktivləşdirməlisiniz.
Bu arada reklamları deaktiv etmək də yaddan çıxmamalıdır. İnternetdən istifadə edərkən olduğunuz məkana uyğun reklamların qarşısını almaq üçün Settings Privacy Location Services System Services bölməsinə daxil olaraq Location-Based iAds funksiyasını deaktiv etməlisiniz. Bundan əlavə, bu bölmədən istədiyiniz funksiyanı deaktiv edə bilərsiniz.

 

Əgər telefonunuz oğurlansa… necə tapacaqsız?
Find My iPhone tətbiqi telefonunuz oğurlandıqda harada olduğunu təyin etmək üçün istifadə olunur. Bunun üçün iCloud hesabınızın olması vacibdir. Find My iPhone funksiyasını aktivləşdirmək üçün Settings Privacy Location Services Find iPhone While Using the App seçməli, daha sonra Settings iCloud Find My iPhone bölməsinə daxil olub aktiv etdikdən sonra Send Last Location funksiyasını da aktivləşdirməlisiniz.
Əgər iPhone-nunuz başqa birinin əlinə keçibsə, kompüterdə iCloud hesabınıza daxil olaraq Lost Mode funksiyasını aktivləşdirərək yerini təyin edə bilərsiniz. Bundan başqa, şəxsi məlumatlarınızın ələ keçirilməməsi üçün telefonunuzu iCloud hesabınızdan silə bilərsiniz.

 

Hansı telefon insanı izlənmədən sığortalayır?
“Hey Siri” bölməsinə aktivləşdirərək home düyməsini istifadə etmədən Siri-ni istifadə etmək mümkündür. Bu isə təhlükəli hesab olunur. Təhlükəsizliyi tam təmin etmək üçün bu funksiyanı Settings General Siri bölməsinə daxil olaraq Allow “Hey Siri” funksiyasını deaktiv etməlisiniz.
Onlardan biri Silent Circle-dır ki, onlar Blacphone2 adı ilə bazara yeni telefon çıxararaq onun konfidensiallığına təminat veriblər Mobile World Congress 2015 sərgisində nümayiş etdirilən yeni telefon gücləndirilmiş təhlükəsizlik xidməti təklif edir ki, burada da bütün texniki xarakteristika öz əksini tapıb. Ümumiyyətlə, “Blackphone” ilk olaraq insanların şəxsi məlumatlarını gizli saxlamaq zərurətindən yaranıb. Təcrübə göstərir ki, bu məlumatlar bəzən təhlükəsizlik orqanları tərəfindən ələ keçirilir. “Silent Circle” firmasının qənaətinə görə, tarix boyu heç vaxt insanların həyatı indiki kimi xüsusi xidmət orqanlarının nəzarəti altında olmayıb. Bu isə mobil şirkətlərin işini gün-gündən çətinləşdirir.
Kampaniya artıq ilk “Blackphone” partiyasının sifarişi üçün 750 milyon dollar vəsait nəzərdə tutub və yeni nəsil bu məsələdə daha öncəkilərdən xeyli şanslıdır. Silent Suite firmasının Silent Circle alətlərindən ibarət sisteminə aşağıdakılar daxildir: Silent Phone (bu, zəngləri gizli dinləmələrdən sığortalayır), Silent Text (eyni şey SMS-lərə də aiddir), Silent Contacts (ünvan kitabçasına kənar müdaxilələrin, oğurlanmaların qarşısını alır). Amma sadalanan bu üç xidmət pulludur. Blackphone 2 isə iki illik müddətlə bu xidmətlərə çatımlıdır.
İndi belə bir şey düşünmək olar ki, “Blackphone 2″ alan hər kəs avtomatik olaraq məxfi dinləmədən, yazışmaların ələ keçirilməsindən sığortalanıb. Amma əslində kommunikativ vasitə olan Silent Circle bəyan edir ki, təhlükəsizlik ancaq abonentin ünsiyyət qurduğu qarşı tərəfdə də eyni təhlükəsizlik sistemi olduğu halda, danışıqların yazılmasını, mətnlərin oxunmasını mümkünsüz edir. Məhz buna görə də ”Blackphone 2″ alıcıları bir il boyunca Silent Circle xidmətinə pulsuz abunəni 3 nəfər yaxın dostuna, ya da ailə üzvünə hədiyyə edə bilər. Sözügedən müddət bitəndən sonra isə istifadəçi qarşısında 3 variant var: ya hər ay bu xidmət üçün 10 dollar ödəməli, ya “Blackphone” 2 əldə etməli, ya da qorunmamış zənglər və mesajlar sisteminə geri qayıtmalıdır.
Bundan başqa, Silent Circle öz istifadəçilərini əmin edir ki, heç də hər zəng məxfi xidmət daşımır və məxfilik sistemini işə keçirmək üçün lazım olan zəngləri nəzərə almaq lazımdır. Məsələn, əgər kimsə telefonla pitsa sifariş verirsə, ya da nənəsinə zəng edirsə, bu, xüsusi- xidmət orqanlarının umrunda da olmaz. Bu məqam Blackphone 2-nin unikallığını üzə çıxır: bu, konfidensiallığın səviyyəsini seçməyə imkan verir.

 

ABŞ-ın eks lideri də etiraf etdi ki…
“Smartfon telefonlarından istifadə etmirəm və təbii ki, heç kimə sms yazmıram. Ancaq çox nadir hallarda Twitter səhifəmdə sms yazıb paylaşıram”. Təsəvvür edin ki, bu sözləri ABŞ-ın eks prezidenti Barak Obama ABC telekanalında yayımlanan “Jimmy Kimmel Live” gecə komediya şousunda demişdi. O, bütün bunları təhlükəsizlik baxımından etmədiyini açıqlamışdı: “İndi bütün telefonlar dinlənilir, səslər yazılır. Buna görə yalnız email ünvanlar vasitəsilə harasa məktub göndərirəm. Ancaq mənim aldığım Blackberry telefonu indiyədək qalır”.

 

6 addımda tam təhlükəsizlik – nələri edək ki, bizi izləməsinlər, dinləməsinlər?
Android sistemli mobil vasitələrdən istifadə edərkən əməl etməli olduğumuz təhlükəsizlik qaydalarını da yaddan çıxarmaq olmaz.
Ekranınızı kilidləyin! Əməl etməli olduğunuz ən əsas təhlükəsizlik tədbiri ekranı kilidləməkdir. Bu tətbiq demək olar ki, bütün cihazlar üçün eynidir. Bunun üçün mobil alətdən istifadə etməyə başlamazdan əvvəl parametrlər bölməsindən təhlükəsizlik və ekran kilidləmə hissəsini seçin. Sizin üçün xüsusi əhəmiyyətli olan qovluqları iki dəfə kilidləyin. Bu mövzuda App Lock tətbiqini “Google Play Store”dan pulsuz yükləyə bilərsiniz.
Mobil telefonunuz itibsə, təşvişə ehtiyac yoxdur. Bu mövzuda həm Google, həm də ESET Mobile Security, Anti-Theft tətbiq proqramı sizə unikal təhlükəsizlik tədbirləri təklif edir. Belə ki, səssiz rejimdə olan telefonunuz evdə itsə belə, (divanın, şkafın arxasına düşsə də) Anti-Theft tətbiqi ilə onu asanlıqla tapa bilərsiniz. Eyni zamanda telefonunuz sizdən çox uzaqda olduğu halda başqasının əlinə keçməsin deyə onu kilidləyə və xəritə üzərindən yerləşdiyi ərazini tapa bilərsiniz.
Gizli məlumatlarınızı telefonda saxlamayın. Məsələn, kredit kartınızın şifrəsini və ya şəxsiyyət vəsiqənizdəki fotoşəkili telefonunuzun yaddaşında saxlamağınız təhlükəsizliyiniz baxımından etibarlı deyil. Çünki mobil telefonunuz istəmədiyiniz bir insanın əlinə keçərsə, o, asanlıqla bu məlumatlardan istifadə edərək sizin adınızdan müxtəlif xoşəgəlməz işlərə imza ata bilər. Düzdür, telefonunuzu itirdiyiniz halda siz eyni zamanda “Google Android Device Manager” və “ESET Mobile Security”də Anti-Theft proqramı vasitəsilə uzaqdan məlumatlarınızı silə bilərsiniz. Amma daha yaxşı olar ki, şəxsi məlumatlarınızı saxlamaq üçün hard disklərdən və mikro kartlardan istifadə edəsiniz.
Hər proqramı yüklədikdə icazə pəncərəsini diqqətlə oxuyun! Androiddə tətbiq icazə pəncərələri darıxdırıcı kimi görünsə də, əslində bu sizin mobil sisteminizin təhlükəsizliyini təmin etmək baxımından çox önəmlidir. Bəzi hallarda proqram yükləyərkən icazə pəncərəsi sizdən Android funksiyasına və şəxsi məlumatlarınıza nəzarət etmək üçün icazə istəyir. Əgər bu icazə mətnini oxumadan onunla razılaşırsınızsa, deməli, bilərəkdən şəxsi məlumatlarınızın təhlükəsizliyini heçə endirirsiniz. Bunun üçün də daha yaxşı olar ki, nə qədər sıxıcı hesab etsəniz də, hər proqramı, tətbiqi yükləyərkən icazə pəncərəsini diqqətlə oxuyasınız.
Telefonla ödəmə edərkən diqqətli olun! Müasir Android cihazlar telefonla ödəmə imkanı təqdim edən NFC sisteminə malikdir. Hətta bəzi ölkələrdəki mağazalarda bununla bağlı ödəmə sistemləri fəaliyyət göstərir. ESET araşdırmaçıları belə qənaətə gəliblər ki, banklarla bağlı hər yeni texnologiya kompüter hücumları üçün potensial hədəfdir. Buna görə də bu texnologiyadan istifadə edərkən bankdan doğru məlumat alınması və ya birbaşa olaraq NFC sistemi ilə ödəmə edilməsi tövsiyə edilir.
Təhlükəsizlik proqramı istifadə edin! ESET-in məlumatlarına görə, son bir ildə ağıllı telefonlarda mənfi məqsədlərlə işlədilən proqramların sayı 63% artıb. Yəni heç də istifadə etdiyiniz bütün proqramlar təhlükəsiz deyil. Bunun üçün eyni ilə komputerinizi qoruduğunuz kimi cib telefonunuzu da qorumaq məqsədilə mobil təhlükəsizlik (Mobile Security) proqramları istifadə edin!
Amma Android bazasının ən vacib mənfi cəhətlərindən biri onun o qədər də yüksək olmayan təhlükəsizlik sistemidir. “BlackBerry” firması isə hesab edir ki, “Blackphone” sıradan istifadəçilər üçün daha funksional olacaq, nəinki biznes adamları üçün. Kanada kampaniyası öz bloqunda yazır ki, istifadəçilərin müdafiə üçün ən ideal variantı BES10 (BlackBerry Enterprise Service 10) platformasıdır. O təkcə informasiyaların yüksək səviyyədə qorunmasını yox, eyni zamanda gizli dinləmə və yazışmalara nəzarətin də qarşısını alır.
Sevinc TELMANQIZI

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir