qadin

Biznes ledi qarderobunun vaz keçilməz 5 aksessuarı

Baxış sayı: 935

Əgər siz işgüzar qadınsınızsa, çox güman ki, şoppinq üçün ayıra biləcyiniz zaman məhduddur. Əgər siz əsl biznes ledi üçün tərz və praktik aksessuar axtarırsınızsa onda bu siyahı sizin üçündür.

Aksessuar və çanta seçimində biznes xanımları üçün ən başlıca qayda neytral tonlara üstünlük verməkdir, sonra onları fərqli rəngli libaslar və geyimlər ilə uyğunlaşdırmaq mümkün olacaq. Düzgün seçilmiş aksessuarlar xüsusi zəhmət tələb etmədən istənilən bir obrazı daha yığcam və peşəkar göstərməyə izn verəcək.

Hər bir biznes ledinin qarderobunda bu beş təməl aksessuar olmalıdır.

 

QOL SAATI

Klasssik saatlar nəinki praktik, həm də tərz olaraq qalır. Gözəl və yaxşı qol saatı obrazı daha dəyərli edir və bunun üçün heç də Rolex və Tiffany’s kimi lüks brendlərə üz tutmağa tələsməyin. Keyfiyyətli dəri kəməri və sınanılmış dizaynı olan saat seçin. Belə olduqda, siz heç zaman yersiz görünməyəcəksiniz.

Image may contain: one or more people, people standing and outdoor

YAYLIQLAR, ŞƏRFLƏR VƏ KƏLAĞAYI

Yerinə uyğun seçilmiş və boyuna dolanmış ipək şərf – təsəvvür edə biləcəyimizi ən klassik aksessuardır. İncə yaylıq və şərflər, həm rahat görünmək, həm də rahat hiss etmək istəyən xanınların əsas seçimlərindən biridir. Azərbaycanlı gənc biznes ledi Zara Hüseynova öz obrazında milli kalağayılara tez-tez yer verir, bu onun müasir görünüşünə heç də xələl gətirmir, əksinə onu bir tərz sahibi kimi fərqləndirir.

İŞGÜZAR ÇANTA

Xanımın çantasına diqqət edərək, onun müstəqilliyi və peşəkarlığl haqqında çox şey söyləmək olar. Ciddi görkəmli, əlavə elementləri minimum olan çanta ən yaxşı seçimdir. Əgər bahalı dizayner çantası almağa imkan yoxdursa, heç bir halda məşhur brendin saxta replikasını almayın. Bu sizin xarici görünüşü pozacaq və obraza ziyan vuracaq. Əsl ledi heç zaman həddindən artıq iri loqotipli bir aksessuar almaz, nə istifadə etdiyi brendlər ilə öyünməz.

Image result for prada bag

Zərif bəzək əşyaları

Biznes ledi obrazi yaratmağa çalışan xanımlar, çox zaman zərgərlik əşyalarından tamamı ilə imtina edir və bunu öz ciddi görkəmlərinə xələl gitirməmək istəkləri ilə əsaslandırır. Amma zövqlə seçilmiş sırğalar, təvazökar boyunbağı sizin professionallığınızı daha çox vurğulaya bilər. Böyük bəzək əşyaları qeyri iş vaxtı daha çox yol veriləndir, xüsusən də siz diqqət mərkəzində olmağı sevirsinizsə. İş zamanı isə bu tip bəzək əşyaları diqqəti öz üzərinə çəkərək, insanların fikrini yayındıracaq.

Bir də nəzərə alın ki, trendlər hər zaman dəyişir və hazırkı dəb ledilərə öz zərifliyi və individuallığı ilə seçilməyi tövsiyə edir, nəinki kişilərin sırasında gözdən itməyi. Ona görə də cəsarətli olmaqdan çəkinməyin.

Məsələn Zəhra Bədəlbəyli daha çox incəsənət sahəsində tanındığına görə aksessuar seçimində daha cəsarətli davranır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir