Bo­şan­ma­lar və qey­diy­yat­sız ni­kah­lar ar­tır

Baxış sayı: 1. 672

Dü­nən Mil­li Məc­lis­də (MM) “Ai­lə ins­ti­tu­tu­nun for­ma­laş­ma­sın­da adət-ənə­nə­lə­ri­miz” ad­lı təd­bir ke­çi­ri­lib. Təd­bir­də par­la­ment üzv­lə­ri, mü­va­fiq döv­lət qu­rum­la­rı­nın nü­ma­yən­də­lə­ri iş­ti­rak edib­lər.
Azər­bay­ca­nın in­san hü­quq­la­rı üz­rə Mü­vək­ki­li (om­buds­man) El­mi­ra Sü­ley­ma­no­va bil­di­rib ki, son il­lər öl­kə­miz­də ai­lə ins­ti­tu­tu zə­if­lə­yir. Onun söz­lə­ri­nə gö­rə, ai­lə ins­ti­tu­tu­nun zə­if­lə­mə­sin­də ai­lə-məi­şət zo­ra­kı­lıq­la­rı, va­li­deyn mə­su­lii­yət­siz­li­yi, bo­şan­ma­lar, ail­men­tin ödə­nil­mə­mə­si və di­gər amil­lər da­ya­nır: “Tə­əs­süf­lər ol­sun ki, bo­şan­ma­la­rın sa­yı da get­dik­cə art­maq­da­dır. Am­ma əv­vəl­lər bir qı­zın, oğ­la­nın, gən­cin bo­şan­ma­sı xə­bə­ri ya­yı­lan­da bu, az qa­la cə­miy­yə­tin cid­di re­zo­nan­sı­na sə­bəb olur­du, gün­lər­lə bu mə­sə­lə mü­za­ki­rə edi­lir­di. İn­di­sə bu mə­sə­lə az qa­la adi­lə­şib” de­yən om­buds­man he­sab edir ki, bu­nun ilk sə­bəb­lə­rin­dən bi­ri er­kən ni­kah­lar­dır. Sü­ley­ma­no­va­nın söz­lə­ri­nə gö­rə, di­gər prob­lem ra­yon­lar­da və kənd­lər­də ni­kah­la­rın qey­diy­ya­ta alın­ma­ma­sı­dır. “Bu, ra­yon və kənd yer­lə­rin­də özü­nü çox cid­di şə­kil­də gös­tə­rir”.

Om­buds­man bo­şan­ma­la­rın kö­kün­də du­ran baş­qa bir prob­le­mə də diq­qət çə­kib: “Həm­çi­nin ai­lə-məi­şət porb­lem­lə­ri­nin, bo­şan­ma­la­rın kö­kün­də da­ya­nan cid­di prob­lem­lər­dən bi­ri nar­ko­ma­ni­ya, qu­mar­dır. Bu ya­xın­lar­da çox dəh­şət­li bir fak­tın şa­hi­di ol­duq. Ata öz qı­zı­nı qu­mar­da uduz­muş­du. İna­nın ki, hə­lə də bun­dan özü­mə gə­lə bil­mi­rəm”.
E.Sü­ley­ma­no­va bil­di­rib ki, Azər­bay­can­da hə­lə də qız­la­ra qar­şı ay­rı-seç­ki­lik hal­la­rı möv­cud­dur. “Bu­nu qə­bul et­mə­yən­lər ol­sa da, bu fakt möv­cud­dur. Elə ai­lə-məi­şət, qa­dı­na qar­şı zo­ra­kı­lıq­la­rın kö­kün­də də ilk mə­sə­lə­lər­dən bi­ri ki­mi qız uşaq­la­rı­na mü­na­si­bət da­ya­nır. Bu gün tibb alə­min­də tex­no­lo­gi­ya­nın in­ki­şaf et­mə­si nə­ti­cə­sin­də ana bət­nin­də dö­lün, çin­sin mü­əy­yən­ləş­di­ril­mə­si müm­kün olur. Yə­ni, ki­min bir qı­zı var­sa və kim­sə qız öv­la­dı­nın ol­ma­sı­nı is­tə­mir­sə, ana­nı abor­ta məc­bur edir, qız uşaq­la­rı elə ana bət­nin­də­cə məhv edi­lir və bu­nun özü də qa­dın­la­ra qar­şı zo­ra­kı­lıq­la­rın bir əla­mə­ti­dir. Qız uşaq­la­rı­nın ana bət­nin­də məhv edil­mə­si həm də öl­kə­də de­moq­ra­fik du­ru­ma çox cid­di və mən­fi tə­si­ri­ni gös­tə­rir. Ar­tıq oğ­lan­lar­la qız­la­rın ara­sın­da nis­bət fai­zi xey­li yük­sək­dir. Yə­ni, bu gün oğ­lan­la­rın fai­zi 56, qız­la­rın fa­zi isə 44 təş­kil edir. Bu, heç də yax­şı gös­tə­ri­ci və hal de­yil” de­yən om­buds­ma­nın söz­lə­ri­nə gö­rə, bu gün Azər­bay­can­da ai­lə ins­ti­tu­tu­nun in­ki­şa­fın­da çə­tin­lik­lər var.

Sü­ley­ma­no­va­nın fik­rin­cə, bu da ai­lə də­yər­lə­ri­nin zə­if­lə­mə­si­nə gə­ti­rib çı­xa­rır: “Bu gün Azər­bay­can­da ai­lə­də vəh­dət his­si­nin ya­ra­dıl­ma­sı, va­li­deyn-uşaq mü­na­si­bət­lə­ri­nin düz­gün qu­rul­ma­sı çox va­cib­dir. Mə­sə­lən, uşaq­la­rın hə­rə­si bir kom­pü­te­rin ar­xa­sı­na ke­çir, va­li­deyn isə qə­zet oxu­ma­ğa baş­la­yır, be­lə­lik­lə, ai­lə­də vəh­dət his­si po­zu­lur. Bu­nun­la da ai­lə mü­na­si­bət­lə­ri po­zu­lur. Bu mü­na­si­bət­lər möh­kəm­lən­mə­li­dir”.

E.Sü­ley­ma­no­va tə­əs­süf­lə bil­di­rib ki, Azər­bay­can­da son il­lər əx­laq­sız­lıq yu­va­la­rı baş alıb ge­dir. Onun söz­lə­ri­nə gö­rə, ai­lə-mə­şi­şət zo­ra­kı­lıq­la­rı­nın, bo­şan­ma­la­rın kö­kün­də da­ya­nan cid­di prob­lem­lər­dən bi­ri də əx­laq­sız­lıq yu­va­la­rı­nın art­ma­sı­dır: “Bu, çox cid­di prob­lem­dir və hər bi­ri­miz­də də çox cid­di tə­əs­süf his­si do­ğu­rur”.
Om­buds­man MM-in “Rep­ro­duk­tiv sağ­lam­lıq haq­qın­da” qa­nun la­yi­hə­si­ni qə­bul et­mə­mə­si­nə də eti­raz edib. Onun söz­lə­ri­nə gö­rə, bu la­yi­hə il­lər­dir get-gə­lə sa­lı­nıb: “Ar­tıq bu sə­nə­din par­la­ment mü­za­ki­rə­lə­ri­nə çı­xa­rıl­ma­sı və qə­bu­lu va­cib­dir. Ne­çə il­lər­dir bu­nun­la bağ­lı mü­za­ki­rə­lər apa­rı­lır, an­caq onun qə­bu­lu baş ver­mir, qa­nun la­yi­hə­si ge­dir-qa­yı­dır. Həm­çi­nin, uşaq­la­ra, xü­su­si­lə, qız­la­ra qar­şı cin­si zo­ra­kı­lıq­la mü­ba­ri­zə haq­qın­da qa­nu­nun qə­bu­lu ge­cik­di­ri­lir. Bu mə­sə­lə 2008-ci il­dən öz həl­li­ni göz­lə­yir. Hər he­sa­ba­tım­da bu mə­sə­lə­ni qal­dır­mı­şam. Am­ma hə­lə də onun mü­za­ki­rə­sin­dən və qə­bu­lun­dən səs-so­raq yox­dur”.
Ai­lə, Qa­dın və Uşaq Prob­lem­lə­ri üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Hic­ran Hü­sey­no­va isə əv­vəl­cə om­duds­ma­nın öl­kə­miz­də əx­laq­sız­lıq yu­va­la­rı­nın sa­yı­nın art­ma­sı ilə bağ­lı fik­ri­nə mü­na­si­bət bil­di­rib. “El­mi­ra xa­nım, bu fi­kir­lə­ri­niz­lə in­san­la­rın ürə­yi­nə qor­xu sal­dı­nız. Düz­dür, biz­də əx­laq­sız­lıq yu­va­la­rı var və bun­lar dün­ya­nınn hər ye­rin­də möv­cud­dur, am­ma bu o qə­dər də çox de­yil. Həm də mü­va­fiq na­zir­lik­lə­ri­miz, elə­cə də ko­mi­tə­miz bun­la­ra qar­şı çox cid­di mü­ba­ri­zə apa­rır”.

H.Hü­sey­no­va­nın fik­rin­cə, Azər­bay­can­da uşaq psi­xo­loq­la­rı­nın sa­yı­nın ar­tı­rıl­ma­sı­na və on­la­rın fəa­liy­yə­ti­nin ge­niş­lən­di­ril­mə­si­nə çox bö­yük eh­ti­yac var. O qeyd edib ki, xü­su­si­lə, mək­təb­lər­də uşaq psi­xo­loq­la­rı­nın sa­yı­nın ar­tı­rıl­ma­sı­na, on­la­rın fəa­liy­yə­ti­nin ge­niş­lən­di­ril­mə­si­nə eh­ti­yac var: “Bu­na çox bö­yük diq­qət­lə ya­naş­maq la­zım­dır. Uşaq­lar­la məş­ğul olan­lar bi­lir­lər ki, on­la­rın ya­şı­na gö­rə psi­xo­lo­ji də­yi­şik­lik­lə­ri özü­nü gös­tə­rir. Elə dövr­lər olur ki, uşaq yax­şı qiy­mət al­mır, mü­əl­li­mi­nə elə şey­lər de­mə­yə baş­la­yır ki! Araş­dı­rı­lır və mə­lum olur ki, bu, uşa­ğın mü­əl­li­mi­nə qar­şı acı­ğı idi. Be­lə hal­lar da olur. Bi­zim uşaq­lar in­di xü­su­si­lə, xa­ri­ci film­lə­rə çox ba­xır­lar. Bu­ra­dan öz­lə­ri­nə nü­mu­nə gö­tü­rüb on­la­rı re­al­laş­dır­ma­ğa baş­la­yır­lar”.

Ba­kı­nın Nə­ri­ma­nov ra­yo­nu­nun Qey­diy­yat şö­bə­si­nin rəi­si Səa­dət İs­ma­yı­lo­va res­pub­li­ka üz­rə qey­diy­yat or­qan­la­rın­da 2014-cü il­də 85 min 747 ni­kah, 12 min 290 bo­şan­ma, ke­çən il isə 68 min 985 ni­kah, 12 min 886 bo­şan­ma qey­də alın­dı­ğı­nı de­yib. Onun fik­rin­cə, bo­şa­nan­la­rın sa­yı­nın sta­tis­ti­ka­sı rəs­mi ni­ka­ha gir­mə­yin va­cib­li­yi­ni bir da­ha aş­ka­ra çı­xa­rır.

S.İs­ma­yı­lo­va rəs­mi nka­ha gi­rər­kən, bun­dan baş­qa ni­kah mü­qa­vi­lə­si­nin bağ­la­nıl­ma­sı­nın va­cib­li­yi­nə də diq­qət çə­kib: “Bə­zən be­lə fi­kir­lər səs­lən­di­ri­lir ki, ni­ka­hın rəs­mi­ləş­di­ril­mə­si, elə­cə də ni­kah mü­qa­vi­lə­si­nin im­za­lan­ma­sı gu­ya ül­vi, saf duy­ğu­la­rın mad­di­ləş­di­ril­mə­si, gə­lə­cə­yin ai­lə­sin­də inam­sız­lıq və şüb­hə simp­tom­la­rı­nın baş qal­dır­ma­sı de­mək­dir. Əs­lin­də isə bu mə­sə­lə­yə hü­qu­qi və so­si­al re­al­lıq­lar priz­ma­sın­dan ya­naş­maq düz­gün­dür. Öl­kə­də bə­zi hal­lar­da gə­li­nin mən­zi­lə, evə qey­diy­ya­ta düş­mə­mə­si ya­şa­yış və mül­kiy­yət hü­qu­qu əl­də edə bil­mə­mə­si üçün bə­zən onun öz hə­yat yol­da­şı ilə rəs­mi ni­ka­ha gir­mə­si­nə be­lə prob­lem­lər ya­ra­dı­lır. Ni­kah mü­qa­vi­lə­si im­za­la­ma­ğı mil­li men­ta­li­te­tə sı­ğış­dır­ma­yan­lar bə­zən bo­şan­ma za­ma­nı ay­lar­la məh­kə­mə­lər­də çə­ki­şir­lər”.

Azər­bay­can­da heç də zə­if ol­ma­yan for­ma­da din­dar­laş­ma pro­se­si­nin get­di­yi­ni de­yən Di­ni Qu­rum­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin sədr müa­vi­ni Gün­düz İs­ma­yı­lov bil­di­rib ki, be­lə din­dar­laş­ma pro­se­si get­dik­cə Azər­bay­can­da bir sı­ra prob­lem­lər ya­ra­dır: “Tə­əs­süf ki, din­dar­laş­ma pro­se­si get­dik­cə bə­zi di­ni qrup­lar da­xi­lin­də məq­səd­li şə­kil­də mil­li kim­li­yi­mi­zi di­ni kim­li­yi­mi­zə qar­şı qo­yur. Di­gər prob­lem odur ki, din­dar­laş­ma pro­se­si get­dik­cə bə­zi di­ni qrup­lar da­xi­lin­də ra­di­kal­lıq meyl­lə­ri ya­ra­nır, dün­yə­vi döv­lə­tə qar­şı çı­xış­lar mey­da­na gə­lir. Bu “din­dar­laş­ma” pro­se­si­nin gə­tir­di­yi prob­lem­lər­dən bi­ri də  on­dan iba­rət­dir ki, ai­lə mü­na­si­bət­lə­rin­də, xü­su­si­lə qa­dın hü­quq­la­rı mə­sə­lə­sin­də mü­əy­yən təh­did­lər ya­ra­nır, bə­zən qa­dın hü­quq­la­rı­na qar­şı çı­xış­lar olur”.

İs­ma­yı­lov he­sab edir ki, bu­na qa­dın­la­rın təh­sil al­maq, iş­lə­mək, ic­ti­mai-si­ya­si hə­yat­da iş­ti­rak et­mək, ai­lə mü­na­si­bət­lə­rin­də qa­dın hü­quq­la­rı ki­mi hü­quq­la­rı da­xil­dir. Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­can dün­yə­vi döv­lət ol­du­ğun­dan bü­tün prob­lem­lər hü­qu­qi müs­tə­vi­də həll edil­mə­li, ey­ni za­man­da maa­rif­lən­dir­mə iş­lə­ri də apa­rıl­ma­lı­dır. “Din­dən qay­naq­la­nan bu prob­lem­lə­rin həl­lin­də sağ­lam di­ni maa­rif­çi­lik önəm­li rol oy­na­ya bi­lər. Bu gün adət-ənə­nə­lə­ri­mi­zin ha­mı­sı din­dən qay­naq­lan­mır. Bu gün adət-ənə­nə­lə­ri­miz­də din­dən gə­lən mə­sə­lə­lər rol oy­na­yır. Am­ma mə­sə­lə on­da­dır ki, adət-ənə­nə­lə­ri­mi­zin for­ma­laş­ma­sın­da iş­ti­rak edən di­ni fak­tor­la­rın ha­mı­sı əsl din­dən, yox­sa dır­na­qa­ra­sı din­dən qay­naq­la­nırğ Prob­lem İs­lam­da de­yil. Səhv an­la­yış­lar bi­zə səhv İs­lam adı al­tın­da gə­ti­ri­lir, biz bu­na qey­ri-ənə­nə­vi İs­lam da de­yi­rik”.

MM-in Əmək və so­si­al si­ya­sət ko­mi­tə­si­nin səd­ri Ha­di Rə­cəb­li isə bil­di­rib ki, ai­lə­nin tə­mə­li xa­nım­dır. De­pu­tat he­sab edir ki, xa­nı­mın ai­lə­də­ki ye­ri və ro­lu mə­sə­lə­si­ni xü­su­si qa­bart­maq la­zım­dır: “Ki­şi-qa­dın mü­na­si­bət­lə­ri, ai­lə mə­sə­lə­lə­ri bə­zən İs­lam­da təh­rif olun­muş for­ma­da çat­dı­rı­lan­da ai­lə ins­ti­tu­tu­nun tə­mə­li­ni sar­sı­dır. Bi­zim xalq de­yim­lə­ri­miz­də də var ki, “bir yas­tığ­da qo­şa qa­rı­ya­sız”, “qı­zım, sə­ni ərə ve­ri­rik, hə­min ev­dən yal­nız me­yi­tin çı­xa bi­lər”. Bun­lar boş-bo­şu­na de­yil­miş söz­lər de­yil. Eli­miz­dən, nə­sil­lər­dən gə­lən kə­lam­lar­dır. Əgər biz bu prin­sip­lə­ri ya­şa­da bil­sək ki­şi­nin və qa­dı­nın ai­lə­də, cə­miy­yət­də ro­lu­nu da­ha yax­şı an­la­mış ola­rıq. Bu gün öv­la­dı şə­hid olan anal­rı gö­rən­də on­la­rın ne­cə oğul tər­bi­yə et­dik­lə­ri­ni gö­rə bi­li­rik. On­lar hə­qi­qə­tən də və­tən üçün la­zım­lı öv­lad­lar bö­yüt­dü­lər. So­vet döv­rün­də biz elə ba­şa dü­şür­dük ki, tər­bi­yə cə­miy­yət­də ya­ra­nır, an­caq za­man keç­dik­cə gör­dük ki, tər­bi­yə­nin tə­mə­li ai­lə­də qo­yu­lur. Bu gün ai­lə­də qı­zı sa­ba­hın gə­li­ni, ana­sı və qay­na­na­sı ki­mi tər­bi­yə et­mə­yi ba­car­ma­lı­yıq. Oğ­lan­la­rı isə ey­ni za­man­da, gə­lə­cə­yin ata­sı, ai­lə baş­çı­sı və qa­yı­na­ta­sı ki­mi tər­bi­yə­lən­dir­mə­li­yik. Çox tə­əs­süf ki, hə­lə də evə gə­lən bə­zi gə­lin­lə­rin qab yu­ya, yu­mur­ta bi­şi­rə bil­mə­di­yi­ni gö­rü­rük. Oğ­lan­lar da ki, əli əli­nin üs­tün­də otu­rub ai­lə­yə sa­hib­li­yi qa­dın edir. Biz Mil­li Məc­lis ola­raq bu əla­qə­dar olan ko­mi­tə­lər bu ki­mi prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də iş­lər gör­mə­li­yik”.

MM-in Sə­hiy­yə ko­mi­tə­si­nin səd­ri Əh­li­man Əmi­ras­la­nov isə “Rep­ro­duk­tiv sağ­lam­lıq haq­qın­da” qa­nun la­yi­hə­si­nin ya­xın vaxt­lar­da par­la­men­tin ple­nar ic­la­sı­nın mü­za­ki­rə­si­nə çı­xa­rı­la­ca­ğı­nı bil­di­rib: “Ya­ran­mış və­ziy­yət­lə əla­qə­dar biz qa­nu­nun əley­hi­nə olan qu­rum­lar­la gö­rüş­dük, xü­su­sən də Di­ni Qu­rum­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si, Qaf­qaz Mü­səl­man­lar İda­rə­sin­də və di­gər qu­rum­lar­da gö­rüş­lər kei­çi­rib qa­nun­da olan mə­sə­lə­lə­ri on­lar­la bir­gə mü­za­ki­rə et­dik. Gö­rü­şün ye­ku­nu ola­raq bi­zə bil­di­ril­di ki, mə­sə­lə­nin əsl ma­hiy­yə­ti bi­zə izah olun­ma­yıb. Ona gö­rə də qa­nun la­yi­hə­sin­də nə­zər­də tu­tu­lan mə­sə­lə­lər heç də İs­la­ma zidd olan mə­sə­lə de­yil.Yə­ni, ar­tıq həm Di­ni Qu­rum­lar­la İş üz­rə döv­lət Ko­mi­tə­si, həm də Qaf­qaz Mü­səl­man­la­rı İda­rə­si­nin səd­ri Al­lah­şü­kür Pa­şa­za­də qa­nun al­yi­hə­si­nə ra­zı­lı­ğı­nı ve­rib”.

Aqil AS­LAN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir