Boşanan ailələr, yoxsa “boşanan” uşaqlar?

Baxış sayı: 1. 676

Hər şeydən əvvəl deyək ki, boşanmış bir ailənin uşağı olmaq o qədər də asan deyil. Valideynlər bu məsələdə nə qədər çox həssaslıq göstərsələr, boşanmanın uşaqda buraxacağı izlər də o qədər az olar. Ancaq bütün hallarda “mütləq uğurdan” söhbət gedə bilməz. Çünki ata da, ana da uşaq üçün iki “təməl daşıdır”. Uşaq onlara inanır, onlara etibar edir və özünü daha güclü və daha təhlükəsiz hiss edir. Bu “təməlin” uçması isə uşaqda anlaşılmaz hisslərin meydana gəlməsinə səbəb olur. Bu dövrdə uşağın nələr hiss etdiyini bilmək, onunla necə “dil tapmağınıza” kömək edər. Və beləliklə, boşanmanın uşaqda buraxacağı izlər azalar. Elə isə ata-anası ayrılan bir uşaq nə hiss edir?

1. Boşanma nəticəsində uşaq sanki boşluğa düşür. Nə baş verdiyini başa düşməyə çalışır. Və təbii ki, vəziyyəti izah etməkdə çətinlik çəkir.

2. Əsəbləri gərginləşir. Bəzən bunu nifrət, kin, qəzəb hissləri ilə büruzə verir. Belə uşaqların aqressivləşməsi də təbiidir.

3. Günahkar axtarmağa başlayır. Ona görə günahkar ya atası, ya anası, ya da özüdür.

4. Ətrafdakılara və özünə inamı azalır.

5. Gələcəyi üçün narahat olmağa başlayır. Uşağı daha çox “İndi mən necə olacağam?”, “Kiminlə yaşayacağam?” “Bir daha ata-anamı görə biləcəyəmmi?” və s. kimi suallar narahat edir.

6. Tənhalıq hissi başlayır.

7. Özünü bədbəxt hiss edir. Ətrafında baş verən hadisələr də onu xoşbəxt etmək üçün kifayət etmir.

8. Ata-anasını “birləşdirməyə” çalışır.

9. Hisslərini ətrafındakılarla bölüşmək istəmir. Bəzən bunun üçün yalana da əl atır.

10. Həddi-büluğ dövründə belə uşaqlarda utancaqlıq hissinin müşahidə olunması da təbiidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir